Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
04 Июня 2015

Fix Price Home Collection vakum paketi – paltarlarınız arıq dolablarda çox yer tutmayacaq. Əla tapıntı!

Hamımız evdə yay gəldikdə qış paltarlarını, qış gəldikdə isə yay paltarlarını yığıb, paketləyirik və kənara qoyuruq. Razılaşarsınız ki, paltarları nə qədər səliqə ilə büksək də yer çox tuturlar. Bu yaxınlarda rəfiqəmin məsləhəti ilə Fix Price Home Collection vakum paketlərindən aldım. Qış paltarlarını artıq kənara yığdığım üçün heç vaxt istifadə etmədiyim bu vakum paketləri sınadım.

Istifadəsi olduqca rahatdır. 50*60 sm ölşülü paketə kifayət qədər paltar yığmaq olur. Paltarları paketə büküb yığdıqdan sonra paketin agzını xüsusi paketin içinə qoyulmuş bərkidici vasitə ilə bağlayırıq. Adi kulyoklarda olduğu kimi görəcəksiniz ki, içəridə xeyli hava qalıb və şkafınızda çox yer tutacaq. Amma bu paketlərin ortasında açılması mümkün olan vakum var ki, paketin ağzını bərkitdikdən sonra həmin vakumu açırıq, tozsoranın ağzı ilə bütün havanı sovurub, vakumu yenidən bağlayırıq.

Nəticə sizi sevindirəcək. Belə ki, paket ən azından 2 dəfə balacalaşacaq və şkafınızda artıq yer tutmayacaq. Onu da qeyd edim ki, bu paketlərdəki hava sıxıldığından artıq paltarlarının tozlardan, müxtəlif həşəratlardan da qorunacaq. Istəsəniz paketin içinə ətrini çox xoşladığınız hər hanı sabundan kiçik bir qırıntı qoya bilərsiniz ki, paltarlarınız ətirli qalsın (amma mütləq deyil).

Onu da qeyd edim ki, tozsoran əvəzinə xüsusi hava çəkə qurğu da alıb istifadə edə bilərsiniz. Düzdür, mən ondan istifadə etməmişəm amma əldə edəcəm. Alarkən paketlərdən çox alın. Bilirəm ki, razı qalacaqsınız:)

İsitifadə qaydasına baxmaq üçün link də əlavə edirəm:

  1008   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Хозяйственные товары

"Anna household gloves" əlcəklərinin keyfiyyətini bəyənmədim
Хозяйственные товары

Xanımlara "Gants multi-usages Rozenbal" əlcəklərini istifadə etməyi tövsiyyə edə bilərəm
Хозяйственные товары

"Scotch - brite" əlcəkləri istifadədə çox rahatdırlar
Хозяйственные товары

“Pacific, furniture equipment” – evin döşəməsini cızıqlardan tam qoruyur
Хозяйственные товары

"Rçkawice, aloesowe" əlcəklərini 100% məsləhət görürəm
Хозяйственные товары

"Ручка - пятновыводитель" keyfiyyətini heç bəyənmədim
Хозяйственные товары

"Vileda, extra sensation" əlcəkləri istifadədə çox praktikdir
Хозяйственные товары

"Paclan Practi Comfort" əlcəkləri çox keyfiyyətlidirlər
Хозяйственные товары

"Quickpack" əlcəkləri çox nazik, üstəlik üzərində yazılan ölçüyə heç uyğun çıxmadılar
Хозяйственные товары

Fix Price Home Collection вакумный пакет

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up