Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
03 Июня 2015

"My name is Intiqam" filmindən gözlədiyim təəssüratı almadım

Xeyli müddət bundan əvvəl kinoteatrlarda “My name is İntiqam” filminin nümayişinə başlanılmışdı. Hamıya məlumdur ki, yerli filmlərimizin keyfiyyəti və maraq oyatma dərəcəsi kifayət qədər olmur. Rejissoru Emil Abdullayev, layihə rəhbəri və baş rolun ifaçısı isə aktyor Müşfiq Şahverdiyevdir. Bu aktyoru daha öncədən də komediya aktyoru kimi tanımışıq.

Kəndçi balası, çoban İntiqam nənəsinin köməkliyi ilə qoyunların içərisində çəkdiyi videosunu “Youtube” kanalında yerləşdirir. Baxış sayına görə rekord vuran video ilə məşhurlaşan İntiqamın başına gələn hadisələr filmin süjet xəttini təşkil edir. Şəhərdən gələn iki nəfər onu özləri ilə Bakıya aparmaq istəyirlər. İntiqam özü də bilmədən bir oyunun qurbanına çevrilir. Onun videosu 1 milyon manat pul mükafatına layiq görülüb. Fəzail adlı bir nəfər fırıldaqçı İntiqamı oğulluğa götürərək pulları onun əlindən almaq istəyir. Ancaq onun arzusu ürəyində qalır.

Filmin çəkilişləri cənub zonasına aparılıb. Ümumilikdə filmin çəkilişi keyfiyyətlidir, məkanlar da öz gözəlliyi ilə seçilir. Müşfiq Şahverdiyevin aktyor işindən də razı qaldım. Ancaq filmdə söyüşlər çoxdur, həm də bəzi məqamlarda şitlik və bayağılıq var.

Düzünü desəm bu qədər tərifli bir filmə belə az güləcəyimi fikirləşmirdim, çünki sünilik var, təbii gülüş yaranmır.

  1236   1

Войдите что бы оставить комментарий

luna tu
30 Июля 2015
Az gulmek??sadece az gulmek deyil bu filmin menfisi..coz seviyyesiz ve vulqar yumoru var...





Последние отзывы категории - Фильмы

"Девушка моих кошмаров" - Ben Stillerin ifasında çox gülməli və müsbət aura yaradan filmdir
Фильмы

"Qırmızı papaq" (2011) - film gözlədiyim kimi maraqlı olmadı
Фильмы

"Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" - qaranlıqdan başqa heç nə görmədik ki bəyənək...
Фильмы

"İçerde" türk serialı hələ ki çox maraqlıdır
Фильмы

"Fan" - hind filmi olsa da hind filmlərindən çox uzaqdır
Фильмы

"Sürgün" türk filmini həqiqətən çox maraqla sona kimi izlədim
Фильмы

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!
Фильмы

"Sağ qalmış" – o qədər tərifə layiq film deyilmiş
Фильмы

"Güzgünün 2 üzü var" filmi həmişəki kimi məndə pozitiv hisslər yaratdı
Фильмы

"Sevənlər" filmə ancaq Şahrux Xana görə baxdım, çox maraqsız çəkilib
Фильмы

My Name Is Intigam (2014)

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up