Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
03 Июня 2015

Bəzi insanların soyuqqanlığına və məsuliyyətsizliyinə çox təəccüb edirəm

Avtobusla evə qayıdırdım. Həmişəki kimi marşrut dolu idi, tərpənməyə yer yox idi. Dayanacaqların birində isə mən də, bir çox digər sərnişinlər də şoka düşdük. Avtobusa bir qadın mindi. Yanında da biri hardasa 7-8 yaşlarında, o biri isə 10-11 yaşlarında uşaq var idi. Dəhşətlisi də o idi ki, uşaqların ikisinin də bədəninin görünən yerləri səpkilərlə dolu idi. Səpkilərin üstü də “zelyonkalı” idi.

Çoxlarınızın yəqin infeskion xəstəlik olan su çiçəyindən xəbəriniz var. Bu uşaqlar 100 % su çiçəyinə yoluxmuşdular. Yəni uşaqlara baxıb bu diaqnozu qoymaq heç də çətin deyildi. Mən demirəm, ictimai nəqliyyata hamının sərbəst şəkildə minmə hüququ var. Amma ki bu xəstəlik keçicidir və hər kim ki bu xəstəliyə tutulmayıbsa bu infeksiya mütləq ona keçəcək.

Bizim avtobuslar da bildiyiniz kimi basabas, üstəlik bu hadisə baş verən avtobusda kondisioner işlədiyindən isə pəncərlər hamısı bağlı idi. Bu isə o deməkdir ki, infeksiya olan hava avtobusun içində rahat sirkulyasiya edirdi. Avtobusda hamı bir-birinin üzünə baxırdı, uşaqların anasının isə heç nə vecinə deyildi. Həm də səpkilərə baxanda bilinirdi ki bu su çiçəyinin başlama, ən qızğın stadiyasıdır.

Demirəm, bəlkə də təcili harasa gedirdilər. Amma insan təkcə özünü düşünməməlidir. Amma həkim onlara başa salmalı idi ki, nəinki avtobusa minmək, heç evdən bayıra çıxmaq belə olmaz. Şəxsən mən bunu savadsızlıq və məsuliyyətsizlik hesab edirəm.

  1056   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up