Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
21 Мая 2015

Hələ başımıza nələrin gələcəyindən xəbərsizik!

19 may 2015-ci il tarixi xalqımızın yaddaşına ara hərflərlə həkk olundu. Binəqədi rayonunda Azadlıq prospektində 16 mərtəbəli bina keyfiyyətsiz üzlüyün çəkilməsi səbəbindən bütünlüklə yandı. Yanğın nəticəsində 16 nəfərin öldüyü, 60-dan çox yaralının olduğu bildirildi.

Bu rəqəmlərin nə dərəcədə doğru olub olmaması da müəmmalıdır. Əsas bu da deyil, lap bir nəfər belə həyatını itirsə, gedən candır, axı niyə insanlar hansısa keyfiyyətsiz üzlüyün qurbanı olmalıdırlar?! İnsan o görüntüləri izləyəndə dəhşətə gəlir, kilometrlərlə uzaqda olsaq belə sanki o alov adamı elə uzaqdanca qarsalayıb yandırır.

Ən faciəlisi isə yanğında həyatını itirən, hələ təzəcə dil açan, yenicə yeriməyi öyrənən, bütün pisliklərdən, bəd əməllərdən xəbərsiz, mələk simalı, mələk qəlbli körpələrin ölməsi oldu. Artıq aprel ayının 10-da eyni hadisə yaşanmışdı, ancaq o zaman heç bir insan itkisi olmadı, insanların ayılmağı üçün daha neçə can verilməlidir görəsən?

Ailələr ailə üzvlərini itirdilər, xəsarət aldılar, evlərindən, yuvalarından oldular. Bir ailənin 3 üzvü, ana və 2 övladı dünyasını dəyişdi. Nə qədər müasir texnika, müasir avadanlıqlar olsa da bu texnikadan düzgün istifadı edilmir, ya da ümumiyyətlə istifadə olunmur, sadəcə olaraq ağızdolusu danışılır.

Əslində isə Bakı fövqəladə hallara hazır deyil, panika yaranır, itkilərin qarşısı alınmır. Bütün bunlar da ölüm sayını, yaralı sayını artırır.

Təntənəli açılış mərasiminə, bayramlara, oyunlara yüksək səviyyədə hazırlıq görüldüyü halda insanların təhlükəsizliyi arxa planda qalır, diqqət yetirilmir. Nəticəsi də göz qabağındadır, o keyfiyyətsiz üzlüklərin vurulmasına icazə verilməli deyildi.

Bütün şəhər həmin üzlüklərlə doludur, elə binalarda yaşayanlar hər biri indi təlaş içindədirlər. O binada hər birimizin yaxını, dostu, tanışı ola bilərdi. Bu hadisə bütün ölkə üçün bir faciədir. Allah orada ölənlərə rəhmət etsin, yaxınlarına səbr versin, xəsarət alanlar sağlıqlarına qovuşsunlar!

Ümid edək ki, bir daha belə hadisə təkrarlanmayacaq.

  751   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up