Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
20 Мая 2015

II dünya müharibəsində faşistlər Bakını yandıra bilmədilər, amma indiki zamanda gözləri doymayan bəzi məmurlar Bakımızı yandırdılar!

Azadlıq prospektində yerləşən 16 mərtəbəli binada baş verən yanğın hamımızı sarsıtdı. Yanğının səbəbi isə göz qabağındadır - binanın üzərinə vurulmuş üzlük. Yaxınlıqda yaşadığım üçün yanan binanı gözlərimlə gördüm. Bina sanki dəmir çərçivənin içərisindədir, rəngi isə qap-qaradır.

Yanğının səbəbləri araşdırılır və bu hadisə səhlənkarlıq kimi qiymətləndirilir. Ay camaat, burada hansı slənkarlıqdan söhbət gedə bilər? Səhlənkarlıq bir binada olar, iki binada olar, daha şəhərin bütün üzlük çəkilmiş binalarda olmaz ki!

Dünən statsitikanı da öyrəndim ki, bu cür üzlənmiş binaların sayı 800-dür. Ay millət, hansı mühəndislik qanununa uyğundur ki, daş binanı alışan çərçivəyə salasan??? Normal binada bir balaca yanğın olanda onu lokallaşdırmaq mümkün olur. Lakin bu cür binaya bir qığılcım belə bəs edir ki, bütün bina alışıb yansın. Bunun da özümüz şahidi olduq.

Bu binanın yanma səbəblərini çox da araşdırmağa ehtiyac da yoxdur. Çünki səbəbkarlar hamıya məlumdur. Səbəbkarlar vəzifəli məmurlardır! Bizə düşmən belə lazım deyil. Biz elə özümüz özümüzə düşmənik! Üstəlik biz müharibə şəraitində olan ölkəyik. Bizi qırıb tökməyə nə var ki? Ermənilər elə Bakıya girib binalara kibrit vursalar bütün Bakı alışar. Heç zirehli texnikaya da ehtiyac olmaz.

Siz nə düşünürsünüz? Yanğından sonra, qurbanlar verəndən sonra bu üzlükləri yoxlamağa başlamısınız? Bu bina yandı. Amma bu cür hələ 800 dənə bina da var. Onların aqibəti necə oalcaq? Artıq evlərimizdə də rahat yaşamağa imkan verməyəcəksiniz??? “Oblisovkalı” binaların sakinləri tələb edin ki, bu “ölüm üzlükləri”ni çıxarsınlar!!!

  898   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up