Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
20 Мая 2015

Göbələkli toyuq ruleti – çox çox dadlı və fərqli soyuq yeməkdir

Rəfiqəm ailəsi ilə bizə qonaq gələcəkdi. Mən başqa yeməklərə yanaşı göbələkli toyuq ruleti hazırlamağı qərara aldım. Çox dadlı və vizual cəhətdən də fəqrli, zəngin bir yeməkdir. Resepti sizinlə də bölüşmək istəyirəm.

Lazım olan inqredientlər:
500-600 qramlıq hazır toyuq filesi
2 ədəd baş soğan
4-5 ədəd kök
1 yaşıl bibər (kiçik ölçülü)
1 qırmızı bibər (kiçik ölçülü)
Göbələk (şampinyon)
Holland pendiri

Hazır toyuq filesini (təxminən 500-600 qr) çiy-çiy ət maşınından 2 dəfə keçiririk. Üzərinə 1 balaca baş soğanı da ət maşınından keçirib, duz, istiotla bir yerdə yaxşıca qarışdırıırıq.

Ayrıca olaraq tavada yarım baş soğanı doğrayıb qızardırıq, üzərinə əvvəlcədən suda yarımbişmiş və doğranılmış kök, doğranmış 1 yaşıl və 1 qırmızı bibər, və əvvəlcədən suda qaynadılmış və sonradan doğranmış göbələyi qızardırıq.

Sonra çəkilmiş toyuq ətini falqa kağızın üzərinə dördkünc formada yayırıq, üzərinə azca sürtgəcdən keçirilmiş holland pendiri səpib, tavada qızartdığımız məhsulları əlavə edirik.

Sonra isə əti səliqəli şəkildə rulet şəklində bükürük. Falqanı hər tərəfli bağlayıb, tavaya qoyub 180 dərəcə temperaturda təxminə 2 saat bişməyə qoyuruq.

Bişməyinə 20 dəqiqə qalmış folqanın üzərini açırıq ki tam bişsin və kənarlarına əvvəlcədən suda bişmiş göbələkləri düzürük. Onu qeyd edim ki, göbələklər toyuğun yanında daha dadlı tam lırlar. Ətin tamı sanki onlara da keçir.

Bişəndən sonra tavanı çıxarıb ruletin və göbələklərin üzərinə sürtgəcdən keçirilimiş holland pendiri töküb 2 dəqiqəlik peçə qoyuruq ki ərisin. Beləliklə, göbələkli toyuq ruletimiz və göbələklərimiz hazırdır. Qonaqlarımız çox təəcübləndilər və bəyəndilər. Mütləq hazırlayın.

  4467   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up