Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
06 Мая 2015

"Natiq" ritm qrupunun konsertindən böyük zövq aldım

Natiq Şirinov 2001-ci ildə o, beş nəfərdən ibarət “Natiq Ritm Qrupu”-nu yaradır. Nağaradan əlavə, o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.

Bu qrupu o, nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə yaratmışdır.

Bu ritm qrupunun ifalarını televiziya və internet vasitəsilə izləsəm də canlı izləmək bir ayrı zövq yaşatdı. Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun “Həyatın nəbzi” adlı konsert proqramı baş tutdu.

Konsertdə “Natiq” ritm qrupunun bir-birindən gözəl ifalarını dinləməkdən həqiqətən də həzz aldım, ritmlər insanı yerindən oynadır, ruhunu oxşayırdı.

Natiq Şirinovun səmimi danışığı, tamaşaçılarla mehriban ünsiyyət qurması da insanı sıxılmağa, darıxmağa qoymurdu. Oğlu Ümidin səhnədə yer alması bir atanın övladına verdiyi yüksək dəyərin nümunəsi idi.

Bir sözlə getməyə dəyər bir konsert baş tutdu.

  888   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Концерты, мероприятия

"Sabir poeziya günləri"dən çox gözəl təəssüratlarla ayrıqldıq
Концерты, мероприятия

"Bu şəhərdə"nin "GözƏl" konserti gülüş dolu anlar bəxş etdi
Концерты, мероприятия

Разборки из-за мест на закрытии Международного фестиваля мугама. Позор!
Концерты, мероприятия

Sami Yusufun konsertindən maksimum gözəl təəssüratlarla ayrıldıq
Концерты, мероприятия

Azərbaycanda Türkiyə Mədəniyyət günlərinin keçirilməsi təqdirəlayiqdir
Концерты, мероприятия

Azərbaycanda Türkiyənin Mədəniyyət Günlərinin açılış mərasimi - super təşkilatçılıq və maraqlı proqram
Концерты, мероприятия

Adrenalin festivalında üzləşdiyim mənfi hallar
Концерты, мероприятия

Terence Blanchard və Azərbaycan Dövlət Simfonik orkestrinin konsertindən zövq aldım
Концерты, мероприятия

"Rast" qrupunun 20 illik yubileyi çox yüksək səviyyədə keçdi
Концерты, мероприятия

Концерты

  Положительных отзывов: 8

  Отрицательных отзывов: 2


up