Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
16 Апреля 2015

Hz. Fatimeyi-Zəhra anamızın doğum gününü unutmayaq...

Bizim təqvimlə aprel ayında Peyğəmbərimiz həzrəti Məhəmmədin (s.a.s) sevimli qızı Hz. Fatimeyi-Zəhranın doğum günü oldu (daha dəqiq desək bizim təqvimlə aprelin 10-u, cəmadius-sani ayının 20-si).

Düzü, çox təssüf ki, bir çox müsəlmanlar həmin günü adi günlərdən biri kimi keçirtdilər və ən əsası bu günün gözəlliyindən belə xəbərsiz oldular. Oxuduğum kitablarda, baxdığım dini verilişlərdə Fatimeyi-Zəhra haqqında bildiyim bəzi məlumatları darəyimdə qeyd etmək istərdim.

Həzrəti Xədicə qızını dünyaya gətirəndə otaq nur ilə doldu. Gözəgörünməyən cənnət qadınları Hz. Xədicə kömək edirdilər, onlar uşağı qəbul edib, onu cənnətin Kövsər çayının suyunda yuyub, ipək parçalara bükdülər. Hz. Fatimeyi-Zəhranın dünyaya gəlməsi ilə müqəddəs Quranın “Kövsər” surəsi nazil oldu.

Hz Məhəmməd (s.a.s) qızını çox sevirdi və hörmət edirdi: “Fatimə mənim gözlərimin nurudur, o mənim bir parçamdır”- deyirdi. Hz. Fatimə (a.s) otağa girəndə atası Hz. Məhəmməd (s.a.s) ayağa qalxarmış. Yəni qızına o qədər hörmət bəslərmiş.

Əlbəttə ki, Hz. Fatimənin dünyaya gəlməsi, onun ailə qurması və bütün həyatı Allahın (s.a.s) istəyi və əmri ilə olub. Onun Hz Əli (a.s) evlənməsini Allah (s.a.s) peyğəmbərimizə bu cür əmr etmişdi: “Nuru nur ilə birləşdir, yəni Hz. Fatiməni Hz. Əli ilə nigahlandır”. Hz Fatimənin 2 oğlu Hz. Həsən və Hz. Hüseyn də müəslmanların sevimli imamlarıdırlar.

Hz. Fatimənin (a.s) həyatı, atası və yoldaşına sevgisi, hörməti, onun davranışı hər bir müsəlman üçün bir örnək və nümunədir. Hz Fatimə cənnətin ilk qadınlarından biridir. O, qısa ömür yaşasa da müsəlmanların anası adlandırılır. Ona görə çalışaq Hz. Fatimeyi-Zəhra anamızın ad gününü unutmayaq.

  979   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Известные личности

Milli məclisin deputatı Elmira Süleymanovanın təklifi sadəcə fikir olsa belə təqdirəlayiqdir
Известные личности

Retro mahnıları ifa edən gənc müğənnilər məsuliyyəti dərk etməlidirlər!
Известные личности

Rober Osseyn Bakıda – çox sevindirici haldır
Известные личности

Mənimlə razılaşarsınız ki, Puşkini sevməmək mümkün deyil
Известные личности

Roma papası, sən ermənilərin papasısan!
Известные личности

Sami Yusuf və onun kimi ilahi mahnıları ifa edən müğənnilərdən Allah (s.a.s) razı olsun
Известные личности

Xalq artisti adını daşıyanlara bir bax, biyabırçılıq
Известные личности

Rəmişin fəxri ad almasına çox sevindim. Təbriklər!
Известные личности

Xaricilərin bizim milli musiqi alətlərimizə olan marağı bizimkilərdən daha çoxdur
Известные личности

Фатима бинт Мухаммад

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up