Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
16 Марта 2015

Şəhərimizin yalançı gözəlliyi kimə lazımdı axı?

Azərbaycanın müsəlman ölkəsi olduğunu eşidən xaricilərin ölkəmiz haqqında yalnış təsəvvürləri meydana gəlir. Fikirləşirlər ki, burada insanlar geridəqalmış, dar düşüncəlidir, qadınların heç bir haqqı yoxdur, müasirlikdən və inkişafdan bixəbərik. Ancaq şəkillərə baxdıqda fikirləri nisbətən dəyişir, belə müasir binaların olmasını, insanların da onlar kimi geyindiyini görmək onları çaşdırır.

Əslində isə dəyişən əksər hallarda xarici görünüşdür, gözəl binaların olması, insanların gözəl geyinməsi heç də firavan həyatdan xəbər vermir.

İyun ayında Olimpiya oyunlarının paytaxtımızda keçirilməsi ilə əlaqədar hər yerdə abadlıq, yenidənqurma işləri aparılır. Bu işlərə də külli miqdarda pul sərf olunur. Əslində fikirləşirlər ki, Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi özlüyündə müsbət bir haldır, ölkəmiz tanınacaq, turizm baxımından xeyli irəliləyiş olacaq.

Əgər bu oyunlardan sadə xalqa xeyir əvəzinə ziyan gəlirsə hansı müsbət cəhətdən danışmaq olar? Kimə lazımdı maaşından, gəlirindən olmaq? Vəziyyəti asanlaşdırmaq yerinə daha da qəlizləşdirirlər. Binalara don geyindirilir, şəhərə baxan istiqamət par-par parıldayır, amma arxa tərəfə heç baxılası da deyil, uçulub tökülür.

Elə oyunların keçirilicəyi yerdən heç də uzaq olmayan ərazidə yaşayan insanların necə acınacaqlı bir şəraitdə yaşadıqları heç kimə narahatlıq vermir.

Ailə kiçik bir dövlət olduğu kimi, dövlət də özlüyündə böyük bir ailədir, ilk növbədə bu ailənin bütün ehtiyacları ödənməlidir, daha sonra qonaq qarşılamaq, onlara pul sərf etmək olar.

  841   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up