Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
04 Марта 2015

Yaxşı... Hər şey bahalaşsın, bəs bunun axırı nə olacaq?!

Artıq bir müddətdir ki, manatın məzənnəsinin düşməsi ilə əlaqədar ölkəmizdə bir ajotaj yaşanır. Mən buna heç təəccüblənmədim. Dünya iqtisadiyyatındakı krizis, qonşu ölkələrdə milli valyutanın enməsi ölkəmizdə bu cür hadisələrin baş verməsini gözlənilən edirdi.

Lakin mən başqa şeyə görə təəccüblənirəm. Manatın məzənnəsinin enməsinin sabahası günü bahalaşmalar başladı. Nə qədər desələr də, yazsalar da ki, vəziyyət kontrol altındadır, monitorinqlər keçirilir, vəziyyət heç də qənaətbəxş deyil.

Hətta cənab prezidentimiz də qeyd etdi ki, süni bahalaşmaların qarşısı alınacaq, ölkəmizdə istehsal olunan məhsullar qətiyyən bahalaşa bilməz. Amma həqiqətdə nə görürük??? Evimizin yanındakı marketdə əvvəllər aldığım 200 qramlıq “Səba” kərə yağının qiyməti 1 manat 65 qəpikdən 1 manat 90 qəpiyə qalxıb, daha sonra şirniyyatların da qiymətində cüzi bahalaşmalar var.

Bundan başqa kartof, soğanın da qiyməti qalxıb. “Səba” yağları ölkəmizdə istehsal olunur. Dolların qalxmasının onun qiymətinə nə aidiyyatı var axı?! Bu hələ ərzaq məhsullarıdır. Artıq evlərin, maşınların, elektrik mallarının bahalaşmaları da baş alıb gedəcək. Bəlkə də artıq bahalaşma başlayıb. Açığı maraqlanmamışam.

Doğurdan maraqlıdır... Rusiyada rublun ucuzlaşması ilə evlərin, maşınların qiyməti aşağı düşdü. Hətta xəbərlərdə də izləmişdim ki, Azərbaycanlıların Rusiyada ev, maşın alma faktı çoxalıb. Amma bizdə əksinə hər şey bahalaşdı. Bizim ölkədə ancaq bahalaşma mümkündür, başqa bir şey yox...

  1106   2

Войдите что бы оставить комментарий

Seva TT
05 Марта 2015
hə, xəbərlər isə elə hey deyir ki attım filan yoxdur....

Gulzar Abdullayeva
04 Марта 2015
Sizlə tam razıyam bu mövzuda...... süni qiymət artımı baş alıb gedir...





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up