Emin Huseynli24 Февраля 2015 | ![]() |
Magistraturaya qəbul imtahanlarında tələbələr soyuqdan imtahan həyəcanını unutdular
Bildiyiniz kimi, fevralın 22-i ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini baş tutdu. İmtahan keçirilən yerlər isə həm orta, həm də ali tədris müəssisələri idi.
Fevral ayının 22-i Bakıda hava şəraiti olduqca kəskin idi, qar dayanmadan yağır, külək də qarı sovurur, çovğun şəhər həyatına qənim kəsilmişdi. Belə havada imtahan verməyə gedənlər bilmirdilər ki, imtahanın həyəcanını yaşasınlar, yoxsa soyuqdan donmaqlarının dərdinə yansınlar.
Mən də bacımı imtahan üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına aparmışdım. İmtahana giriş vərəqəsində saat 11-dən gec olmayaraq imtahan verilən yerə gedilməli olduğu yazılıb. Elə biz də saat 11-in yarısında artıq akademiyanın həyətində idik. Həyətə bakalavrlar və onların yaxınları toplaşmışdılar.
Bir az da olsun çovğundan qorunmaq üçün hamı həyətdəki şam ağaclarının altına yığışmışdı, ancaq bunun da bir xeyri yox idi, soyuq adamın iliyinə işləyirdi. Həyətdə qarovul çəkən iki nəfər polis əməkdaşına yaxınlaşan valideynlər uşaqların heç olmasa dəhlizdə gözləmələrinə icazə verməklərini xahiş etsələr də, polislər onlardan asılı olan heç nəyin olmadığını və buna icazə verə bilmədiklərini bildirdilər.
Dost, tanışın, yaxınların gözləməsində bir şey yoxdur, ancaq heç olmasa imtahana girəcək gəncləri belə soyuqda dondurmalı deyildilər axı. Onlar heç olmasa akademiyanın dəhlizində gözləyə bilərdilər, ən azından ayaqları buz kimi soyuq suda, başlarına qar yağa-yağa gözləməzdilər.
İmtahanda hər cür şəraitin yaradılacağını vəd edənlər və imtahandan sonra da ağızdolusu imtahanda tələbələr heç bir əziyyət çəkmədilər, yaxşı şəraitdə imtahanı başa vurdular deyənlər bu cür halları da nəzərə almalı idilər.
Elə tələbələrin əllərinin, ayaqlarının donu açılsın deyə əlavə vaxt da lazım idi. Heç olmasa içəridə istiliyin olacağını düşünsəm də, əksinə, otaqlar çöldəki kimi bumbuz olub. Nəzərə alsaq ki, imtahan saat 1-də başladı, otaqlarda normal istiliyi təmin etmək də olardı. Belə şəraitdə imtahan keçirməzlər!
![]() |
![]() |
Войдите что бы оставить комментарий
Об этом отзыве еще нет комментариев. Будьте первыми!
Последние отзывы категории - Государственные учреждения
AzərSu insanların əsəbləri ilə oynayırГосударственные учреждения |
Azərpoçtda xidmət səviyyəsi çox aşağıdırГосударственные учреждения |
Suyu da xaricdən xarici valyuta ilə alırıq yəqin, ona görə bahalaşdı...Государственные учреждения |
"Azadlıq prospekti" metrostansiyası – sən niyə bu gündəsən?Государственные учреждения |
Havanın temperaturu endikcə evlərimizdə qazın təzyiqi də düşürГосударственные учреждения |
Evlərimizə gələn qazın tərkibi ilə maraqlanan varmı görəsən?!Государственные учреждения |
İsitiliyin verilməsində elə əvvəl gündən problem yarandısa bütün qışı normal isitilik gözləməyə dəyər?Государственные учреждения |
88 nömrəli avtobusun sərnişinlərinin bəxtəvər günlərinə son!Государственные учреждения |
АТС написала нам долг "dövriyyə üzrə borc"- что это за долг?Государственные учреждения |
FHN insanlara uzaq qohumdan da, yaxın qonşudan da daha yaxındırГосударственные учреждения |
![]() |
Государственная Комиссия по Приёму Студентов (ГКПС) |
Положительных отзывов: 0
Отрицательных отзывов: 1
Рекомендованные Государственные учреждения
AvtobuslarГосударственные учреждения |
Azərbaycan Dövlət Dəmiryolu İdarəsiГосударственные учреждения |
Baş Dövlət Yol Polisi İdarəsiГосударственные учреждения |
Bakı MetropoliteniГосударственные учреждения |
Yollar, körpülər, tunellərГосударственные учреждения |
AzərsuГосударственные учреждения |
AzerigazГосударственные учреждения |
Post Patrul XidmətiГосударственные учреждения |
Fövqəladə Hallar NazirliyiГосударственные учреждения |
ASAN XidmətГосударственные учреждения |
Активные пользователи
Seva TT511- отзыва |
Aysel Əliyeva459- отзыва |
Şükran Vəliyeva456- отзыва |
Lamiye Abbasli386- отзыва |
Sevinc Musayeva316- отзыва |
Динара Гусейнова157- отзыва |
Королева Марго130- отзыва |
Sabina Novruzova120- отзыва |
Emin Huseynli115- отзыва |
Şıxəli Melikov101- отзыва |