Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
19 Февраля 2015

Nə qədər ki, belə murdar insanlar var qadına həmişə təcavüz olunacaq

Qadınlar... dünyanın ən zərif məxluqları...Hər kəs beləmi fikirləşir? Qadına incə, zərif məxluq kimimi münasibət göstərir? Öz gücünü onun üzərində sınaqdan keçirmirmi? Qadını alçaltmırmı? Onu qul, kölə, əşya, dünyanın ikinci dərəcəli insanı hesab edənlər yoxdurmu? Yoxsa qadın elə yaranışdan hikkəli, kobud, həyata küskün olub?...

Bütün bunların səbəbkarı və ya səbəbkarları da var axı... Qadına zülm edən, onu insan yerinə saymayan, istədiyi kimi rəftar edən, ən alçaq, ən murdar hərəkətləri qadının üzərində sınaqdan keçirən, onun nə düşündüyünü vecinə almayan, qadını sadəcə olaraq evin qulluqçusu, uşaqların baxıcısı, kişinin nökəri olaraq görənlər, məhbus həyatı yaşadanlarmı çoxdur yoxsa qadına dəyər verən, onun da hamı kimi azad, sərbəst yaşamaq hüququ olduğunu fikirləşən, qadını uca varlıq hesab edən, onun da bir qəlbi, hissləri, arzuları, istəkləri olduğunu düşünən, qadınının uğuruna, daima irəlidə olmasına sevinən, qadının da vəzifə sahibi ola biləcəyini, kişilərlə işləməsini, ağıllı, dərrakəli, güclü olmasını normal qəbul edən, “hər zaman yanındayam” deyib onu qoruya biləcək qədər iradəli olan, bilərəkdən qadına şiddət tətbiq etməkdən çəkinən, dünyanın ən zərif yaradılışı gözündə baxan, anasına etdiyi hörməti xanımından da əsirgəməyən, qadına zülm çəkməyi rəva görməyənlərmi?! Bu sualın cavabı hər kəsə bəllidir...

Qardaş ölkədə baş verən dəhşətli bir hadisə sadəcə olaraq bir qızın başına gələn faciə deyil, bütövlükdə qadına, insanlığa qarşı törədilmiş ən ağır işgəncədir, haqsızlıqdır, vəhşilikdir, vandalizmdir. 20 yaşlı tələbə qız insanlıqdan bixəbər, mənəviyyat kasıbı, heç bir işə yaramayan, yaxşılığın nə olduğunu bilməyən, heç kimə əl tutmayan, ehtiras düşkünü, dünyanın ən murdar məxluqunun qurbanına çevrilib.

Qadınlara zor tətbiq etməyə nə var ki, qadının yanında təkəbbürlü olan, lovğasından yerə göyə sığmayan, özünü kral, şah, dünyanın ağası hesab edən, ancaq kənarda bir qəpiklik hörməti, dəyəri olmayanlardır belə alçaqlar...

Get-gedə insanların beyni eroziyaya uğrayır, inkişaf əvəzinə dardüşüncəlilik, savadsızlıq, vəhşilik, kobudluq, əsəbilik daha da artır. Artıq hamı bir-birinin qanını içməyə hazırdır, fürsəti fövtə vermirlər, əllərinə düşən imkandan ən murdar formada istifadə edirlər. Özgecan da bu murdarlığın zərif qurbanıdır, qan donduran bu vəhşətin insana yaşatdığı təsiri sözlərlə ifadə etmək olduqca çətindir. Allah insanların qəlbinə rəhm salsın!

  1348   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up