Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
16 Февраля 2015

"Trussardi Uomo" əsl klassikanı, həssaslığı hiss etdirən məsləhətli ətirdir

Ətirlərimin klassik, sərin və o qədər də tünd olmamasına üstünlük verirəm. Trussardi brendinə düzü ilk dəfə idi ki, müraciət edirdim. Bu brendin özünəməxsus ətirləri var, artıq illərdir ki, tanınan ətirləri isə qadınlar üçün Donna və kişilər üçün L`Uomo (yeni melodiyalardan toplanmış klassik Aralıq dənizi qoxuları) ətirləridir.

İdeal mağazasında satıcı xanım Trussardi ətirlərini qoxularını yoxlamaq üçün təqdim etdi. Bu brenddə aid Uomo Extreme-in təzə olduğunu və daha çox onu məsləhət gördüyünü bildirdi. Ancaq niyəsə blotterdə ətiri bir o qədər də yaxşı hiss edə bilmədim. Elə klassik Uomo ətirinin qoxusundan daha çox xoşum gəldi, çox tünd deyil, yüngül dəri qoxusu gəlir.

Trussardinin kişi kompozisiyasının tərkibində qalbanum, berqamot, muskat, limon suyu, adaçayı, ətirşah, bənövşə, paçuli, palıd mamırı və dərinin parlaq ağac notları var.

Qablaşdırılması da xoşuma gəldi, qara qızılı başlıqlı flakonu var.

Nisbətən tünd olmayan, əsl klassikanı, həssaslığı duyuran bir qoxusu var. Məsləhətli ətirdir.

  2203   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Парфюмерия

Escentric Molecula 02 - mən bu parfüma vuruldum... Qutunu açdıqda təəccüblənməyin, bu seriya qapaqsız buraxılır :)
Парфюмерия

Trussardi Uomo - bəylər həm özləri üçün həm də hədiyyəlik düşünmədən ala bilərlər
Парфюмерия

United Colors of Benetton-dan United Dreams tualet suyu - bəzi bahalı brend ətirlərdən daha yaxşıdır
Парфюмерия

Givenchy Dahlia Divin - yadda qalan parfüm deyil
Парфюмерия

Givenchy Gentlemen Only Casual Chic odekolonu – bəyəndim
Парфюмерия

Versage eros - super flakon, amma dərman qoxusunı xatırladan odekolon
Парфюмерия

Thierry Mugler Alien parfümü – mütləq yadda qalacaqsınız :)
Парфюмерия

Avon Beautiful Butterfly – yenə də təkrarlanan tipik Avon ətri
Парфюмерия

"Versace yellow diamond" yaz-yay mövsümü üçün ən gözəl seçimdir
Парфюмерия

"Antonio Banderas The Golden Secret" odekalonu həm gözəl qoxusu var, həm də sərfəlidir
Парфюмерия

Trussardi Uomo

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up