Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
16 Февраля 2015

Doğrudan da belədir, "Bir uşağın gələcəyi bütün fədakarlıqlara dəyər"

Bu qısa metrajlı filmi izləyib nə isə yazmamaq olmur. Bu həyatda qazandığımız nailiyyətlərin əsas səbəbkarları valideynlərimizdir. Hər cür əziyyətimizə qatlaşan, bizi təmənnasız, heç bir qarşılıq gözləmədən, ülvi, təmiz, toxunulmaz hisslərlə sevən, hər dərdimizə yanan, şahzadələr kimi böyüdən məhz valideynlərimizdir. Hər kəs bizi tərk etsə, üz döndərsə, nifrət etsə belə ana, ata ürəyi övladına qarşı bu nifrəti, kini saxlaya bilmir, istəsə belə bilmir, canından bir parça olan övladlarının hər halını qəbul edir.

Uşaqlar hər zaman valideynindən diqqət, qayğı, nəvaziş, əzizləmə, sevgi gözləyir, bu həyatda insana arxa dayaq olan nə dost, nə qohum nə də tanışdır, sadəcə ailəsidir, atası və anasıdır.

Bu qısa filmdə bir qızın atasına yazdığı məktubun atasının oxuması təsvir olunub. Qız atasının bu dünyada ən ağıllı, ən mehriban, ən yaraşıqlı, ən çalışqan, ən kübar insan olduğunu yazır. Ancaq atasının ona yalan danışdığını da bilir, iş məsələsində atası ona yalan danışıb, əslində onun normal işi yoxdur, gece gündüz hansı işdə olursa olsun çalışır ki, qızına ürəyi istəyənləri alsın, onu yaxşı yaşada bilsin. Qız balaca olsa da bunları duyur, görür, hiss edir, atasından sadəcə bir şikayəti var, ona yalan danışması. V

alideyn belədir, özü ac olsa belə uşağının yeməyindən bir tikə belə götürməz, özü ac qalar ki, təki uşağı doysun, özü donar, amma uşağına bir balaca soyuq olmasına imkan verməz. Valideyn hər zaman fədakardır, övladına görə ölümə gedən, adam öldürən, ən pis əməllərə belə əl atan valideynlər var. Amma burada da bir məqama diqqət etmək lazımdır ki, uşağına pis nümunə də olmayasan, harama öyrətməyəsən. Uşaq evin güzgüsüdür, hansı tərbiyəni görsə ona uyğun da rəftar edəcək. Ona canını belə fəda etməyə hazır olan valideyn üçün gələcəkdə layiqli övlad olacaq.

Bu qısa filmi “MetLife” şirkəti Hong Konqda çəkib. Filmin adı isə belədir, “Bir uşağın gələcəyi bütün fədakarlıqlara dəyər”.

  1296   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Короткометражные фильмы

"Cargo" qısametrajlı filmi – bu 7 dəqiqəlik qısametrajlı filmə mütləq baxın
Короткометражные фильмы

Çanaqqla zəfərinin 100-cü ildönümü ilə bağlı qısa film çox təsirli və ibrətamizdir
Короткометражные фильмы

"Sonuncu" (The Last one) filmi həqiqətən də 67-ci Kann kinofestivalının əsas proqramına daxil olmağa layiqdir
Короткометражные фильмы

"Tabutçunun yelləncəyi" dramatik məqamları ilə insanın qəlbinə toxunur
Короткометражные фильмы

Bu bir neçə dəqiqəlik filmi izləyin və var olduqlarınız üçün şükr edin!
Короткометражные фильмы

“Ata və oğul” qısametrajlı film bütöv bir həyat dərsidir
Короткометражные фильмы

"Nəfəs" filmində ön plana çəkilən mövzu hər kəs üçün örnək olmalıdır
Короткометражные фильмы

История моего отца: Мечта для моего ребенка

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up