Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
09 Февраля 2015

"İrəli" ictimai birliyinin "Könüllü Kitabxana" ideyası mütaliə həvəskarlarını çox sevindirəcək

Kitab oxumaq insanı təkmilləşdirir, özünüinkişafı təmin edir. İnsan gəzməklə, görməklə, yaşamaqla öyrənə bilmədiyi şeyləri məhz oxuduğu kitablardan öyrənir, min cür situasiyalarla rastlaşır. Ancaq insanların əksəriyyəti mütaliənin nəyə xidmət etdiyini, onun faydasını, dəyərini, insana verdiyi töhfəsini dərk edə bilmir. İnsanları kitab oxumağa cəlb etmək üçün fləşmob, kitab yarmarkası, kitabların satışında endirim kimi bir sıra tədbirlər görülür.

Ancaq bunların arasında ən yaxşılarından və faydalı olanlardan biri “İrəli” ictimai birliyinin təşkil etdiyi “Könüllü Kitabxana” aksiyasıdır. İrəli təşkilatı həqiqətən də gənclərə yaxından kömək edir, onların maariflənməsinə xidmət edir.

“Könüllü kitabxana” aksiyasına görə hər bir insan oxuduğu kitabı götürüb İrəlinin ofisinə yaxınlaşır və həmin kitabı kitabxanaya verməklə əvəzində oxumadığı başqa bir kitabı götürür.

Evdə elə kitablar olur ki, alıb oxuyursan və atırsan bir kənara, onların bir kənarda qalmasındansa bir işə yaraması daha məqsəduyğun və faydalı olar. Bu aksiyadan yararlanaraq öz kitablarımızı verib yeni kitablar əldə edə bilərik.

Kitabxanadan istifadə tam ödənişsizdir, istənilən janrda kitablar da mövcuddur. Bu barədə hər yerdə yazmaq, paylaşmaq lazımdır ki, insanlar xəbərdar olsunlar. “İrəli”ni bu addımı olduqca təqdirəlayiqdir.

  1161   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Проекты, акции, конкурсы

"Qarabağ üçün oxu - 2" layihəsi də ötən layihə kimi uğurlu alınıb. Təbriklər!
Проекты, акции, конкурсы

Marketlərdə "Pulsuz çörək verilir" aksiyası – insanlıq hələ yaşayır
Проекты, акции, конкурсы

"Gəzən kitabxana" layihəsi ümidvaram ki insanlara kitabları sevdirəcək
Проекты, акции, конкурсы

"Garant Holding"in iftar aksiyası təqdirə layiqdir - Allah qəbul etsin...
Проекты, акции, конкурсы

Aksiyada verilən dezodorantı heç verməsələr yaxşıdı!
Проекты, акции, конкурсы

Bu aksiyanı yeni bildim – təşəkkürlər imho.az!
Проекты, акции, конкурсы

"Səba" MMC-nin "Səxavət payından" yararlanmağa dəyər
Проекты, акции, конкурсы

Акция геев в Баку - только этого не хватало... Нарываются!
Проекты, акции, конкурсы

Gənclərimizə nə olub? "Metroda şalvarsız bir gün" flaşmobu bizim hansı mentalitetimizə uyğundur?
Проекты, акции, конкурсы

Ирели акция

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up