Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
11 Февраля 2015

"Tarihi Sultanahmet Köftəcisi" restoranının mənfi və müsbət hallar

Metropark ticarət və əyləncə mərkəzinin 7-ci mərtəbəsində restoran və kafelər yerləşir. Bunlardan biri də “Tarihi Sultanahmet Köftecisi” restoranıdır. Restoran şəhərimizin bir çox yerlərində də var.

İçəridə ümumi olaraq xoş abu-hava var, təmizlik və səliqə hiss olunur, çox səs-küylü yer də deyil. Ofisiantlar müştəriləri gülər üzlə qarşılayır, xidmət zamanı nəzakətlə davranırlar, yaxşı xidmət edirlər.

Deməli sifariş belə oldu, lavaşda köftə, lavaşda quzu, manqal salatı, mövsüm salatı, kola, ayran.

Lavaşda köftə ilə quzu təzə deyildi, yəni içərisindəkilərin təzə olmadığı hiss olunurdu, yarı qızdırılmış, yarı soyuq vəziyyətdə idi. Lavaşda quzudansa lavaşda köftə daha dadlı idi, ancaq təzə olmamasından xoşum gəlmədi.

Mövsüm salatında xiyar, pomidor, kələm turşusu, qarğıdalı, yerkökü, kahı və limon var. Bu salatda qeyri-adi heç nə yox idi, kələm turşusunun və qarğıdalının dadı yox idi.

Manqal salatı isə adi marketdə satılan manqal salatından idi, közdə bişirilmiş təzə tərkibli olsaydı daha yaxşı olardı, əslində elə də olmalı idi.

Ayranın dadını bəyəndim, köpüklüdür.

Əslində qiymətlər də normal deyil, bahadır, yəni o qiymətə almağa dəyməz

  1319   1

Войдите что бы оставить комментарий

Jazzy Jazzy
12 Февраля 2015
Umumiyyetle Sultanahmet koftesi bir brenddi, bashqa hecne, men Istambulda yanbayan olan 3 Sult. Koft. kafesine hamisinda oldum, ve hec birinde qeyri adi bir shey gormedim, adi bizim kotletlerimize benziyir. Bilmirem Bakida hesab ne qeder cixir, amma 2 nefere bizde 40-50 tl yaxin cixirdi, 15 manata yaxindi, yeni mence elede baha deyil.





Последние отзывы категории - Рестораны и кафе

Disk full (/tmp/#sql_3f49_0.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device")