Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
03 Февраля 2015

"Mucize" filmi insanlıq duyğusunu aşılayan dərin mənalı bir filmdir

Mahsun Kırmızıgülü bir müğənni kimi tanısaq da o başqa istedadlarını da nümayiş etdirib. Musiqi həyatından başqa onun film sahəsində uğurlu addımları olub, təkcə aktyor olaraq deyil, rejissor olaraq da özünü sınayıb. Və bu cəhdlər də çox uğurlu alınıb. İndiyə qədər filmlərdə və serialda da çəkilib. Bu dəfə isə böyük maraqla qarşılanan növbəti bir ekran işini təqdim etdi.

Bu filmin adı “Mucize”dir. Mahsun Kırmızıgül verdiyi müsahibədə filmi müəllimlərinə həsr etdiyini bildirdi, filmin qala gecəsində öz müəllimlərini də dəvət edərək, onların əziyyətini, zəhmətini heç vaxt unutmadığını deyib. Filmin çəkilişləri İzmir Foça, Qars və Kağızmana bağlı bir kənddə baş tutur.

Filmi 28 mallda izlədim, çox müsbət təəssüratlarla ayrıldım. Anadolunun ən ucqar bir yerində yerləşən kənddə nə avtomobil yolu var, nə də məktəb. Kənddə oxumaqdan, yazmaqdan başı çıxan da yoxdur. Dövlət bu kənddə şəhərdən bir müəllim təyin edir. Uzun və çətin bir yol qət edən müəllim kənddəki insanların yaşayışını görüb dəhşətə gəlir, tədris üçün məktəb binası da yox idi. Müəllim canfəşanlıq, canıyananlıq, insanlıq edərək kənd üçün məktəb tikdirir, özü də bu müəllim kimi fəaliyyətinə başlayır.

Bu kənddə oğlanları evləndirmə adəti də fərqlidir, qadınlar yığışaraq hansı oğlanın evlənmək yaşıdırsa onun üçün qız almağa gedirlər, quranı, yemək bişirməyi bilən qızı gəlin kimi gətirirlər.

Kənddə şikəst olan bir oğlan da var, hamı bu oğlana dəli kimi baxır, danışa da bilmir, uşaqlar həmişə onu ələ salıb, döyürlər. Ancaq müəllimin bu oğlana yazığı gəlir, ona oxumaq, yazmaq öyrədir. Kəndin ən gözəl qızlarından biri ilə evləndirirlər, ancaq kənddə yaşaya bilmədiklərindən baş götürüb gedirlər, onları xilas edən sevgi olur.

Hadisələr maraqla cərəyan edir, hər şeydə bir təbiilik, gözəllik hiss olunur. Filmdə gülməli məqamlar da çoxdur, ancaq bununla yanaşı insanı düşünməyə vadar edən, qəlbini sızladan kadrlar da az deyil. Allah hərəyə bir cür həyat nəsib edib, kimisi sağlam olduğu üçün şükür edə bilmədiyi halda, kimisi də qolları, yaxud ayaqları olmadığı halda Allaha daima şükür edə bilir.

Bu dünyada hər şey insan üçündür, insanlıq üçündür. Düşüncə qabiliyyətini, əqlini, sağlamlığını itirən insanlara lağ etmək yox onlara kömək olmaq lazımdır.

Filmin aktyor heyətində Talat Bulut , Mert Turak , Mahsun Kırmızıgül , Erdem Yener , Büşra Pekin və başqaları iştirak edirlər. Baxılmalı, mənalı və maraqlı bir filmdir.

  2443   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Фильмы

"Девушка моих кошмаров" - Ben Stillerin ifasında çox gülməli və müsbət aura yaradan filmdir
Фильмы

"Qırmızı papaq" (2011) - film gözlədiyim kimi maraqlı olmadı
Фильмы

"Anakonda 2: Lənətlənmiş orxideyanın ovu" - qaranlıqdan başqa heç nə görmədik ki bəyənək...
Фильмы

"İçerde" türk serialı hələ ki çox maraqlıdır
Фильмы

"Fan" - hind filmi olsa da hind filmlərindən çox uzaqdır
Фильмы

"Sürgün" türk filmini həqiqətən çox maraqla sona kimi izlədim
Фильмы

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!
Фильмы

"Sağ qalmış" – o qədər tərifə layiq film deyilmiş
Фильмы

"Güzgünün 2 üzü var" filmi həmişəki kimi məndə pozitiv hisslər yaratdı
Фильмы

"Sevənlər" filmə ancaq Şahrux Xana görə baxdım, çox maraqsız çəkilib
Фильмы

Чудо (2014)

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up