Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
30 Января 2015

"Florika TM" lak təmizləyicisi dırnaqlarımda problemlər yaratdı, almayın

Dırnaq laklarından mütəmadi istifadə etdiyimə görə asetonlardan da tez-tez almalı oluram. Həmişə eyni, bəyəndiyim asetonu tapmaq mümkün olmadığına görə satışda olan başqa asetonlardan alıram. “Florika TM” lak təmizləyicisini də məhz satışda başqa işlətdiyim firmaların asetonu olmadığına görə aldım.

Satışda 3 növü var idi. Mən tərkibində buğda toxumları ekstraktı və vitamin E olan növünü aldım. Plastmas qablaşmanın arxasında dırnaqlar və kutikulalara xeyri haqqında, dırnaqları qurutmamağı haqqında bir çox “təriflər” yazılmışdı.

Tərkibində aseton olmadığı və ona görə də ziyansız olduğu bildirlirdi, ümumilikdə tərkib pis deyildi (ən azından yazılara görə). Amma istifadə etdikcə dırnaqlarımın zəiflədiyini və tez qırılmağa meyl göstərdiyini gördüm.

Dırnaqlarım nahamar olmağa və ovulmağa başlamışdı. Ona görə də artıq lak çəkəndə də səliqəsiz görüntü yaranırdı. Bunu hiss etdikdən sonra dərhal istifadəni dayandırdım və dırnaqlarıma ev şəraitində qulluğa başladım.

Bundan başqa lak təmizləyicisinin kəskin iyi var idi. O da heç də xoş hal deyildi.

Bir sözlə dırnaqlarınızda problem yaranmağını istəmirsinizsə “Florika TM” ” lak təmizləyicilərindən almayın.

  1082   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Косметические принадлежности

Rowenta for elite model look saç burucu fenini almamağım üçün 2 səbəb...
Косметические принадлежности

"Tings" asetonun yaxşı təmizləmə xüsusiyyəti və gözəl qoxusu var
Косметические принадлежности

"Natural Konjac Konnyaku Jelly Fiber Face Wash Cleansing Sponge Puff" – həssas dərilər üçündür
Косметические принадлежности

Oriflame HairX Cape – ev şəraitində saçlarımı rənglədikdə çox lazım olur
Косметические принадлежности

"Şelale besleyici aseton" sərfəli qiymətə yaxşı asetondur
Косметические принадлежности

Oriflame-dən əldə etdiyim saçlar üçün dəsmal-sarıq – məncə uğursuz alış-verişlərimdən biri oldu
Косметические принадлежности

"Чистая линия" saç lakı firmanın digər məhsulları kimi yaxşı çıxmadı
Косметические принадлежности

Orifleymdən ələyatımlı masaj şotkası dərini yaxşı masaj edir
Косметические принадлежности

Dırnaqlar üçün müxtəlif zər və bəzəkləri Pinkdən tapmaq olar
Косметические принадлежности

Florika TM очиститель лака

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up