Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Января 2015

Süfrəyə gözəl görünüş və dad qatan "Banan" pirojnası

İçərisi kəsmikli istənilən şirniyyatı çox xoşlayıram. Şirniyyatı yeməkdən əlavə ev şəraitində hazırlamağın öz yeri var. Rahat üsulla hazırlanan şirniyyatları tez-tez hazırlamaq olar. “Banan” pirojnası da məhz bu qəbildəndir.

İlk öncə xəmiri hazırlamaq üçün olan ərzaqları qeyd edim:
Yağ - 200 qr
Un - 2 stəkan
Qabartma tozu - 1 paçka
Xama – 1 çay qaşığı
Soda- yarım çay qaşığı

Içlik üçün:
Kəsmik – 200 qr
Şəkər - 1 stəkan
Kərə yağı - 100 qr
Un - 1 stəkan
Vanil - 1 paçka
Yarım limonun qabığı

Yağ ilə un əllə yaxşıca ovulur. Daha sonra bu ovuntuya qabartma tozu, xama, vı soda əlavə olunaraq yaxşıca yoğurulur.

İçlik üçün isə kəsmiklə şəkəri qarışdıraraq yağ əlavə edilir. İçərisinə yağ, un, vanil və sürtgəcdən keçirilmiş limon qabığı da qarışdırılır.

Xəmiri qoz şəklində yumrulanır və yayılaraq arasına içlik qoyulub bükülür, ucları isə bananda olduğu kimi əyilir.

İlk öncə sobanın alt gözündə altı bişdikdən sonra üst gözünə qoyulur, amma üzəri qızarmamalıdır. Soyuduqdan sonra şəkər pudrası da səpilir, bunun üçün şəkəri blenderdən keçirmək olar.

Nuş olsun!

  12942   2

Войдите что бы оставить комментарий

Lamiye Abbasli
02 Февраля 2015
Dəyməz, siz sağ olun.

Gulzar Abdullayeva
31 Января 2015
çox sağolun reseptə görə...





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up