Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
22 Января 2015

Peşəsini sevən adam bəxtiyar olar

Düzgün peşə seçimi həyatın düzgün qurulması, cəmiyyətə, dövlətə, ailəyə həqiqətən faydalı olmağın birinci amildir. Ancaq indiki dövrdə düzgün peşə seçməyən və bunun bəlasını çəkən insanlarımız da az deyil.

Peşə uşaqlıq arzusundan irəli gələrək mühitin təsiri ilə məktəbdə alınan təhsil sayəsində formalaşır və daha da irəli gedərək təhsilin yuxarı pillələrində qərarlaşdırılaraq dəqiqləşdirilir. Ancaq uşaqlıq arzusu ilə deyil valideynlərin istəyi ilə təhsil alanlar təhsil aldıqları peşə üzrə əksər hallarda uğur qazana bilmirlər. Bunun ilk səbəbi isə həmin peşəyə sevgilərinin olmamasıdır.

Elə 7-ci sinif dərsliyində oxuduğum bir hekayə məhz bu barədə idi. Padşah ondan xoşbəxt adam olmadığını bəyan edəndə hamı bunu təsdiq etsə də vəzirdən səs çıxmır. Padşah vəzirin belə reaksiyasından əsəbləşərək ondan bunun səbəbini soruşur. Vəzir isə bu diyarda ən xoşbəxt adamın Usta Bəxtiyar olduğunu bildirir. Padşah bu ustanı öz gözləriylə görüb onun xoşbəxtliyinin sirrinin nədə olduğunu bilmək istəyir. Hər ikisi dərviş libasına bürünərək usta Bəxtiyarın evinə yollanırlar. Usta ailəsini də başına toplayıb nahar edirdi, qonaqları da dəvət edir. Daha sonra ustanın işlədiyi emalatxanaya gedirlər, padşah ustaya bu dəmirçilikdən əl çəkməyi saraya gəlməyini əmr edir. Ancaq usta qəti surətdə imtina edir. Çünki o öz sənətini sevir, bu sənətə hörmət edir, dəyər verir. Onun üçün əlinin zəhməti ilə qazandığı daha dəyərlidir, peşəsi ilə nail olduğu, əldə etdiyi gəlir onu və ailəsini xoşbəxt etməyə bəs edir.

Baxın hər bir insanda bu usta kimi sənətinə sevgi olmalıdır, sənəti dərindən öyrənməzdən əvvəl ona olan məhəbbət önəmlidir. Bu baxımdan peşə seçimini insanın öz ixtiyarına buraxmaq daha məsləhətlidir.

  1278   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up