Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
21 Января 2015

Ərköyünlüyün yaratdığı nöqsanları vaxtında dərk etmək lazımdır

İş insanın cövhəridir deyirlər. Varlı və ya kasıb olmasından asılı olmayaraq əmək sərf etmədən insan qazandıqlarının dəyərini anlaya bilməz. İnsanda əməyə, zəhmətə münasibəti aşılayan məhz valideyndir, ikinci növbədə isə düşdüyü, yaşadığı mühit.

Ancaq əgər uşağa elə balacalığından hər istədiyi alınırsa, hər dediyinə baş üstə deyilirsə, həmin uşağın bir gün pul olmayanda, dedikləri alına bilməyəndə bunun niyə belə olduğunu dərk etməyə dərrakəsi kifayət etməyəcək.

Gəlimli gedimli dünyada yaşadığımız üçün bu günlə yaşayıb səhərimizi düşünməyə borcluyuq. Gələcəyimizin necə olacağının məhz bu günkü həyatımız bəlli edir. Müşahidə etdiyim ailələrdə uşaqların hər şeyin hazırına nazir öyrədilməsi hallarına rast gəlmişəm. Həmin oğlan və ya qız özü öz başına sərbəst şəkildə yaşamağa məcbur olduqda nəyin doğru, nəyin yanlış olmasını dərk edə bilmir, nəticədə mühit onu korlayır, ondan lazımsız, tənbəl bir insan qəlibi yaradır.

Hər bir insan o qəlibə öz ailəsində düşməlidir. Valideyn ərköyün böyütdüyü uşağı haqqında, “mən qızımı və ya oğlumu yağ-bal içində saxlamışam, bir dediyini iki etməmişəm, o mənim ərköyün balamdır”, deyə ifadələr işlədərək düzgün tərbiyə edə bilməməsini özü dilə gətirmiş olur.

Uşağı balacalığından zəhmətə, düzgünlüyə, əməyə öyrədən valideyn uşaqlarından gileylənməyəcək, verdiyi tərbiyənin doğru düzgün bəhrəsini görəcək. Ərköyünlük eqoistlikdir, ətrafdakılara hörmət edə bilməməkdir, pis vəziyyətdə qaldıqda çıxış yolunu çətinliklə tapmaq və ya tapa bilməməkdir, təkəbbürlü, lovğa olmaqdır, yanlış olana tez meyl etməkdir. Təbii ki, bütün bunları hər bir ərköyün böyüyən insana aid etmək olmaz.

Ancaq indi belə insanlarla tez-tez rastlaşmaq olar. Ərköyün olub kef çəkmək, deyilən sözlərə, məsləhətlərə əməl etməmək heç də insanın qətiyyətli olmasından xəbər vermir, əksinə səhv istiqamətlərə sürükləyir.

  901   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up