Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
16 Января 2015

Ayaqyolu mədəniyyətsizliyi, ölkəmizin hər yerində eyni problem var

Rayonlarımıza tez-tez baş çəkənlər eyni bir mənzərənin şahidi olurlar. Kafedən bir az aralıda, üzərinə böyük hərflərlə Q və K yazılan və yanaşı yerdə bir-birinə əks istiqamətdə olan iki ayaqyolu.

Hələ ayaqyoluna çatmamışdan əvvəl ətrafı bürüyən “gözəl qoxu” adamı “məst edir”. Hələ içəridəki dəhşətli, acınacaqlı vəziyyətdən heç danışmıram da. Əksəriyyətimiz dəfələrlə eyni vəziyyətin şahidi olmuşuq. Elə bir rayon olmaz ki, orada bir normal vəziyyətdə olan ictimai ayaqyolu olsun. Çünki o ictimai ayaqyolunun içərisi olduqca bərbad, antisanitariya vəziyyətindədir. Hər tərəfdən üfunət qoxusu gəlir.

Bir ölkənin mədəniyyəti elə ictimai ayaqyolusundan başlanır. Ölkəyə səfər edən turist o ayaqyolunu görəndə hansı müsbət təəssüratla qayıda bilər?

Ölkəmizin hər hansı bir bölgəsinə gedirsən get yol boyu normal bir ayaqyolu tapa bilməzssən. Böyük restoranlar, restoranda hər cür şərait yaradanların ən sonda yadına düşür ki, buraya bir ayaqyolu da lazımdır. Lazımsız əşyalar, heykəlciklər quraşdırmaqdansa normal bir ayaqyolu tiksələr daha yaxşı olar.

Elə şəhərdə də vəziyyət eynidir. Əksər yerlərdə tualetlərin divarları yazılarla, göstərişlərlə dolu olur. Orada işləyənlər, normal təfəkkürə malik insanlar ayaqyolundan istifadə edə bilmirlərmi? Deməli bilmirlər ki, belə yazılar yazılır, qapılara vurulur. Bəziləri bunu problem kimi görməsələr də elə bu da bizim problemlərimizdən biridir.

  1079   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up