Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
09 Января 2015

"Sofia the first" (София Прекрасная) – uşaqları dəcəlliyə yox, mədəniyyətə öyrədən sehirli, rəngarəng cizgi film

Artıq böyük olsam da cizgi filmlərinə baxmağı xoşlayıram. Əsasən də şəhzadələr, sehirlərlə bağlı rəngarəng cizgi filmlərini daha çox sevirəm. Rusca dublyaj olunmuş Sofia the first (София Прекрасная) cizgi filmi isə sanki məni sehirli bir aləmə aparır.

Cizgi filmində balaca Sofiya adlı qızın ən böyük arzularından biri “Принцесса” olmaq olur və bir gün səhər oyananda o özünü böyük dəbdəbəli sarayda görür. Yəni, onun arzusu həyata keçir. Amma “Принцесса” olmaq heç də asan deyil. Bunun üçün o bir çox müsbət keyfiyyətləri öyrənməlidir – böyüklərə hörmət etmək, sadə olmaq, möcüzələrə inanmaq, dostluğun, sevginin, ailənin qədrini bilmək, bağışlamağı bacarmaq və s.

Bundan başqa o “Принцесса”lara xas xüsusiyyətləri də bilməlidir. Sarayın qaydalarını öyrənməli, müxtəlif kraliçalardan dərslər keçməlidir.

Cizgi filmini Disney Production çəkdiyinə görə cizgi filmində çox yaxşı tanıdığımız “Jasmin”, “Ağbəniz” və s. obrazları da görmək olar. Düzü mən Disney Production-ın bütün cizgi filmlərini sevirəm və böyük maraqla izləyirəm.

Digər cizgi filmlərində olduğu kimi bu cizgi filmi də çox gözəl qrafikayla çəkilib. Uşaqlarınızı dəcəlliyə öyrədən “Maşa və ayı” cizgi filmini sevdirməkdənsə Sofia the first (София Прекрасная) kimi cizgi filmlərinə həvəs yaradın. Əminəm ki, hətta ən dəcəl uşaq belə bu tip cizgi filmlərindən sonra tərbiyələnər.

Qeyd edim ki, cizgi filmi bir neçə seriyadan ibarətdir.

  1528   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Мультфильмы

"Bizim Maşa və sehirli fındıq" – bu cizgi filmini çəkərkən rejissorlar nə fikirləşirdi?
Мультфильмы

"Бременские музыканты" cizgi filmi – uşaqlığımızın gözəl xatirəsi. İllər keçsə də hamı tərəfindən sevilir
Мультфильмы

"Simpsonlar" mult-serialını sevənlərə yaxşı xəbər – yeni seriyalar çəkilir :)
Мультфильмы

"Город героев" - мультфильм для всей семьи
Мультфильмы

"Disney pictures"in ən maraqlı və rəngarəng cizgi filmlərindən biri - "Maşınlar" və "Maşınlar 2"
Мультфильмы

Хотелось бы полетать на дракончике как герои мультфильма "Как приручить дракона 2" :)
Мультфильмы

"Disney"in ən gözəl cizgi filmlərindən biri olan "Aladdin" hər yaşda tamaşaçı üçün maraqlıdır
Мультфильмы

Мультфильм "Кот Гром и заколдованный дом" - супер 3D эффекты. Рекомендую!
Мультфильмы

Мультфильм "Бешеные кролики" - я от него в шоке
Мультфильмы

София Прекрасная

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up