Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
06 Января 2015

Gənc Tamaşaçılar Teatrında rastlaşdığım neqativ hallar məndə çox mənfi təəssüratlar oyatdı

Bayram günlərində uşağı müxtəlif yerlərdə təşkil olunan yeni il şənliklərinə aparmışdım. Daha dəqiq desəm isə Abu-Arenada, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çox maraqlı yeni il şənliklərinə getdik.

Nəisə, bazar günü, yəni yanvarın 4-ü isə Gənc Tamaşaçılar Teatrında keçirilən yeni il karnavalı “Madaqaskar”a getmişdik. Biletin qiyməti 7 AZN idi. Amma orada bir neçə neqativ və xoşagəlməyən hallarla rastlaşdıq.

Belə ki, 1 bilet həmişə uşaqla bərabər valideynə də aid olub. Yəni, neçə illərdir ki biz yeni il şənliklərinə gedirik, həmçinin bu il getdiyim və yuxarıda sadaladığım Abu-Arenada, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında da 1 biletlə uşaqla bərabər valideyni də şənliyə buraxırlar. Amma Gənc Tamaşaçılar Teatrında belə deyildi.

Belə ki şənliyə, tamaşaya və cizgi filminə baxmaq üçün uşaqlar içəri tək keçməli idilər. Valideynlər narazıçılıq edəndə isə onlara kassadan özlərinə də yenidən 7 AZN pul ödəyib bilet almaqları deyilirdi. Valideynlərin bəziləri uşaqlarının ağladığını və içəri keçmədiklərini görüb məcbur əlavə bilet alırdılar, bəziləri isə imkansızlıqdan sadəcə hədiyyə kuponu ilə hədiyyəni əldə edib şənliyə baxmamış kor-peşman çıxıb gedirdilər.

Mən də məcbur uşağımın tək içəri keçmədiyini görüb bilet aldım və içəri keçəndə mənzərəni görüb dəhşətə gəldim. Belə ki, uşaqların demək olar ki yarısı hərəsi bir küncdə ağlayır, bəziləri isə tamaşa əvəzinə pəncərədən baxırdılar. Oradakı nəzarətçilərə şikayət edənədə isə dedilər ki, biz neyləyək, bu qədər uşaqdan hansına nəzarət edək? Mən isə cavab verdim ki, ona görə hər yerdə olduğu kimi valideynlər də uşaqların yanında içəri keçməli idilər.

Şənlik özü maraqlı keçdi - həm tamaşa, həm karnaval, həm də cizgi filmi göstərildi. Düzdür içəridə olan, özlərini qabağa itələyən bəzi valideynlərin əlindən yiyəsiz qalmış uşaqlar boyları çatmadıqlarına görə heç nə görə bilmədilər.

Mən Gənc Tamaşaçılar Teatrında rastlaşdığım bu haldan heç razı qalmadım. Heç yerdə bu cür özbaşınalıq yoxdur. Harada görülüb ki, valideyn uşağına nəzarət etmək üçün də əlavə pul ödəyib içəri keçsin?! Bu qədər də olmaz ...

  1120   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Театры

Музыкальный театр в Баку - гость из Берлина был восхищен!
Театры

Театр оперы и балета явно требует ремонта :(
Театры

Очень понравилось праздничное представление в Азербайджанском драматическом театре
Театры

Кукольный театр имени А. Шаига - масса удовольствия всего за 2 маната
Театры

Новогодний спектакль в Театре юного зрителя за 7 ман. - в 100 раз лучше праздника за 35 манатов
Театры

"Маша и медведь" - любимые герои на сцене Русского Драматического Театра
Театры

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Театры

Театр Юного Зрителя

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up