Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
03 Января 2015

Pirotexniki partlayıcı vasitələr insanların bayram sevincini qorxuya çevirir

Yeni ilin gəlişi hər kəsin sevincinə səbəb olur, yeni ildə hər şeyin yaxşı olacağı ümidilə bayram süfrələri açılır, insanlar bayramlaşırlar. Ancaq əslində heç bir məna kəsb etməyən vasitələr ucbatından bəzi insanların sevinci yarımçıq qalır.

Artıq dekabr ayının ortalarından etibarən həyətlərdə, məktəblərin yanlarında, küçələrdə “zırpaket” adlandırdığımız partlayıcının səsi gəlməyə başlayır. Əyləncəyi düşünən gənclər elə zarafat, əyləncə xatirinə bu “zırpaketləri” hara gəldi atır, partladırlar.

Əslində belə məhsulların ölkəmizə gətirilməsi, istifadəsi qadağan olunub. Bununla belə qaçaqmalçılıq yolu ilə bu vasitələrin gətirilməsi, satışı hələ də davam edir. Yenə fişənglərdən elə dəhşətli səslər çıxmır, ancaq digər vasitələr adamı lap dəli edər. Bir çox yaşlı insanlar bundan əziyyət çəkirlər. Elə yaşlı olmayanlar da qəfil atılan partlayıcıdan dik atılır. Qorxudan insanda xətəliklər də yarana bilər.

Hələ bəzi “ağıllı” oğlanlar küçədən keçən qızlara sataşmaq məqsədilə zırpaketləri onların ayağının altına atırlar. Özləri üçün əyləncədən başqa bir şey axtarmayan bu gənclər bayramın əsl mənasını heç dərk belə etmirlər. Uşaqlar üçün də əsl təhlükə mənbəyidir.

Bayaq bir xəbər oxudum, Tiflisdə bir uşaq yatan yaşlı babasının ağzında zırpaket partladıb, yazıq kişinin dili yanıb. Belə düşüncəsiz hərəkət görün bir insana necə zərər gətirib. Uşaqlara belə partladıcılar almaq düzgün deyil. Bayram insanlara sevicn bəxş etməlidir, qorxu yox. İnşallah üzümüzə gələn bu ildə qismətimiz sevinc, xoş günlər olar. Yeni iliniz mübarək!

  1156   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up