Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
30 Декабря 2014

Ölkəmizdə quanabana meyvəsinin satılması yaxşıdır ya pis?

Bu meyvənin adını ilk dəfə idi ki, eşidirdim. Əslində meyvənin adı ölkələrdən asılı olaraq dəyişir. Bu meyvə Afrikada, Asiyada və Amerikada yetişdirilir. Braziliya və Qvineyada bu meyvə “graviola”, İndoneziyada “sirsak” , Malayziyada “durian belanda”, Meksikada isə Londonda olduğu kimi “guanabana” adlandırırlar. Yəqin Azərbaycan dilinə də məhz belə keçib.

Bu meyvənin maksimum uzunluğu 30 sm, çəkisi isə 2,5 kq-a qədər ola bilər. Yaşıl rəngdə olan meyvə tikanlıdır, içərisi isə qara xırda dənəciklərdən, toxumlardan ibarətdir, meyvənin ətli hissəsi isə solğun yaşıl rəngdədir.

Meyvənin dadı eqzotik, zərif, təzə və gül dadı verir. Meyvənin həm yarpaqlarından, həm toxumlarından həm də özündən xalq təbabətində istifadə olunur. Əsasən yuxusuzluğun qarşısını almaq üçün, ürək-damar sistemi xəstəliklərində, parazit xəstəliklərində istifadə olunur.

Ancaq bu meyvənin xərçəngin müailicəsində bir dərman rolu oynadığı aşkar olundu. Hətta elə dərman kimi də satılırdı. Ancaq bu heç bir elmi araşdırma ilə tam dəqiq şəkildə sübut olunmuş fakt deyil. Lakin bununla belə xərçəng xəstəliyinin müalicəsində bu meyvədən istifadə olunur.

Artıq Azərbaycana da bu meyvə gətirilib və kilosu nə az nə çox 140 manata satılır. Düzü ilk dəfə bu xəbərlə qarşılaşanda sevinmişdim ki, belə xeyirli bir meyvə ölkəmizə də gətirilib. Ancaq bu meyvə haqqında oxuduğum məlumatda meyvənin xərçəngə qarşı xeyirli olması yazılsa da bunun sübut olunmadığı da qeyd olunub. Hətta ABŞ Federal Ticarət Komissiyası müəyyən edib ki, heç bir əsaslı təcrübə quanabananın xərçəngin müalicəsində xeyirli olduğunu aşkara çıxartmayıb. Ancaq digər mənbələrdə xərçəngin müalicəsində effektiv təsirləri olduğu da yazılır. İmmun sistemini gücləndirir. İndi hansı mənbəyə inanacağımı bilmirəm, ancaq ümid edirəm ki, bu meyvə elə doğrudan da günümüzün əsl bəlası olan xərçənglə mübarizədə effektivdir.

Ölkəmizdə də bu meyvənin gətirilməsi təqdirəlayiqdir, ancaq bu qiyməti verib almağa dəyərmi? Hər halda yaxşı bir araşdırmaya ehtiyac var.

  3218   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up