Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
29 Декабря 2014

Artıq bayramlarda bayram əhval ruhiyyəmiz də qalmayıb

Yeni ilə sayılı günlərimiz qalıb. Artıq dekabr ayının əvvəllərindən etibarən şəhərin müxtəlif yerlərində, xüsusilə də mağazalarda, supermarketlərdə müxtəlif bəzəklər qurulur. Ticarət mərkəzlərində yeni ilə aid mahnılar eşidilir. Ancaq insanların üzlərində bayram əhval ruhiyyəsi hiss olunmur. Sanki heç bayramın gəlişinə sevinən yoxdur. Süni təbəssümlər, dərdli, problemli üzlər, heç nəyi vecinə almayan mimikalar, duyğusuzlaşmış insanlar...

Küçədə rast gəldiklərimizin əksəriyyəti belədir. Sanki dövr keçdikcə insanlar daha da əsəbi, pessimist, qanıqara, bədbin olurlar. Çoxusu əvvəllər daha xoşbəxt olduğunu düşünür. Düşünür ki, bir vaxtlar lap imkanlı, varlı olmasalar belə bir qarın çörəklə daha xoşbəxt, daha dərdsiz, kədərsiz idilər.

Doğrudan da bu belədir, qəddarlaşmışıq, döyməyə, əsəbimizi soyutmağa, hirsimizi tökməyə adam gəzirik sanki. Ona görə də çox adam hansısa ünvanı tapa bilməyəndə kiməsə yaxınlaşıb soruşmağa belə çəkinir. Sərt reaksiyadan, acılanmaqdan qorxur.

Şəhər yeni ili al-əlava, möhtəşəm bəzək-düzəklərlə qarşılayır. Hara baxırsansa yolkalar, işıqlar görürsən. Heç dönüb insanlara baxmaq istəmirsən.

Əvvəllər bayramlar daha şən keçərdi, yeni il gəlir deyə hər kəs uşaq təki sevinər, arzular qurar, plov dəmləyib, meyvə, şirniyyatla bəzədikləri masa onlar üçün dünyanın ən dadlı nemətləri ilə bəzədilmiş şahənşah masası idi. Çoxun xəyalını qurub aza kifayətlənmək daha yaxşı idi, nəinki çoxu görüb çaş-baş qalmaq. İndi seçim çoxdur, ancaq bununla belə xoşbəxt ola bilmirik.

  1332   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up