Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
25 Декабря 2014

Ailə dəyərlərini qorumaq lazımdır əziz jurnalistlər!

Düzdür, inkişaf hər dövr üçün keçərlidir, hər dövr öz nəslini yetişdirir. Bu inkişaf az və ya çox dərəcədə hər bir sahəyə təsir edir. İnformasiya axınının daha sürətlə dövr etdiyi bir vaxtda nəyi necə çatdırmaq lazım olduğunu bilmək də vacibdir. Ancaq çox təəssüf ki, bu vacib amilə diqqət yetirən, vecinə alan yoxdur.

Yüzlərlə xəbər saytlarımız var və hər birində eyni xəbər müxtəlif başlıqlarla, müxtəlif don geyindirilərək paylaşılır. Ancaq fikrimcə bu sahəyə senzura tətbiqi lazımdır.

Oxuduğum bir xəbər məni özümdən çıxartdı. İki uşaq anası olan qadının internetdə tanış olduğu kişiylə qaçıb getməsi xəbəri nə məqsədlə paylaşılır?

Bu qadının mühakimə etmək fikrində deyiləm, düşünürəm ki, heç də düzgün bir hərəkət deyil, hamısı da ağılsızlığın, cəhalətin nəticəsidir. Ancaq bundan xəbər hazırlamaq özü də düzgün bir yanaşma deyil.

Hər birimizin ailəsində müəyyən problemlər və çətinliklər yaşanır. Ancaq ailədaxili söhbətlərin genişlənməsi, ictimailəşməsi o ailənin məhvi deməkdir. Ailə müqəddəsdir deyən bizlər müqəddəs olan bu dəyəri özümüz dəyərsizləşdirir, gözdən salırıq.

Ona görə də jurnalistlərə, sayt rəhbərlərinə çatdırmaq lazımdır ki, hər sözü xəbər edib dastan qoşmasınlar. İnformasiya azadlığı da müəyyən məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir.

  988   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up