Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şıxəli Melikov
24 Декабря 2014

Rəmişin fəxri ad almasına çox sevindim. Təbriklər!

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bir neçə tanınmış insan fəxri ada layiq görülüb. Onların arasında məşhur gitara ifaçısı Rəmişin Xalq Artisti fəsri adını alması məni də, ailəmi də çox sevindirdi. Mən inanıram ki, bizim kimi bir çox insanlar, hətta deyərdim ki, bütün xalqımız bu xəbərdən məmnun qalıblar.

Rəmiş (Rafiq Hüseynov) Azərbaycan incəsənətində öz sözünü demiş sənətkardır. Onun gitarada Azərbaycan musiqilərini ifa etməsi həqiqətən şedevrdir. Sövet dövründə, məhdudiyyətlər və senzuraların hökm sürdüyü vaxtda Rəmiş gitarada Azərbaycan musiqilərini çalmış və sübut etmişdir ki, hətta gitara kimi musiqi alətində də xalq və bəstəkar musiqiləri gözəl səslənir.

Rəmişin gözəl sənətkar olması ilə yanaşı, onun insani xüsusiyyətləri də (sadəliyi, sözün düzünü danışması) onu xalqa sevdirib. Rəmiş fəxri ad almağa çoxdan layiq idi. Qismət bu zamana imiş...

Rəmişi ürəkdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür və yeni müvəfəqiyyətlər arzu edirəm.

  1051   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Известные личности

Milli məclisin deputatı Elmira Süleymanovanın təklifi sadəcə fikir olsa belə təqdirəlayiqdir
Известные личности

Retro mahnıları ifa edən gənc müğənnilər məsuliyyəti dərk etməlidirlər!
Известные личности

Rober Osseyn Bakıda – çox sevindirici haldır
Известные личности

Mənimlə razılaşarsınız ki, Puşkini sevməmək mümkün deyil
Известные личности

Roma papası, sən ermənilərin papasısan!
Известные личности

Hz. Fatimeyi-Zəhra anamızın doğum gününü unutmayaq...
Известные личности

Sami Yusuf və onun kimi ilahi mahnıları ifa edən müğənnilərdən Allah (s.a.s) razı olsun
Известные личности

Xalq artisti adını daşıyanlara bir bax, biyabırçılıq
Известные личности

Xaricilərin bizim milli musiqi alətlərimizə olan marağı bizimkilərdən daha çoxdur
Известные личности

Рамиш (Рафиг Гусейнов)

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up