Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
22 Декабря 2014

Universitet tələbəsinin yersiz və mədəniyyətsiz hərəkətinə çox məyus oldum

Yolda gedərkən qarşıma çıxan sellofan, butulka, kağız parçaları və s. zibilləri görəndə istər-istəməz əsəb keçirirəm. Çünki heç bir bəhanə və ya səbəb zibili yerə atmağa əsas verə bilməz. Restoran və ya kafelərin qarşısındakı kiçik ağacların dibləri siqaret kötüklərindən dolub daşır. Zibil qabı qala-qala zibilin yerə atılması nə dərəcədə düzgün və mədəni bir hərəkətdir ki?!

Təzəlikcə qarşılaşdığım mənzərə isə məni daha da özümdən çıxartdı. 28 may metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının binasının qarşısından keçirdim. Və qəfildən nəyinsə aşağı atıldığını gördük. Az qala yanaşı gələn iki xanımdan birinin başına düşəcəkdi. Ancaq başına düşməsə də sıçrayan şirə xanıma düşdü. Bu Cappy meyvə şirəsinin butulkası idi, heç boş da deyildi.

Bilmirəm hansı tələbə onu pəncərədən çölə atmağı ağıl etmişdi. Qadınlar əsəbləşdilər və danladılar da. Ancaq onu atanın etdiyi hərəkətin fərqində olub olmaması maraqlıdır. Tələbə dövründə gənclər daha çılğın olurlar, elə çox zaman da ətrafdakıları nəzərə almırlar. Ancaq bu çılğınlıqla, ani bir dəliliklə ediləcək bir hərəkət olmalı deyil, zibili küçəyə atmaq, hələ də adamla dolu bir yola tullamaq insanlara qarşı hörmətsizlikdir. Bunun üçün ağıllı olmağa da ehtiyac yoxdur, bir az düşüncəli davranmaq yetərlidir.

Universitetdə təhsil alan, cəmiyyətin ali savadlı, ziyalı, bilikli təbəqəsi sayılan tələbədən belə bir addım atmaq qyeri etik bir davranışdır. Hər şeyin öz yeri var, gəncliyin, tələbəliyin, dəliliklərin, çılğınlığın, amma həmişə məhdudiyyətləri də gözləmək lazımdır. Deməli zibili küçəyə atmamamaq lazım gəldiyini öyrənəcək qədər maariflənməmişik.

təzəlikcə

  961   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up