Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
19 Декабря 2014

"Himalaya Herbals Aquarelle" uşaq şampunu – o qədər xoşuma gəldi ki özüm də istifadə etdim

Balaca bacım qızının ən sevdiyi şampunlarından biri “Himalaya Herbals”dan Aquarelle portağal ətirli uşaq şampunudur. Artıq öz şampununu tanıdığına və portağal ətrini çox xoşladığına görə, bəzi uşaqlar kimi heç vaxt çimməkdən imtina etmir.

Şampunun rəngi ağ-şəffafdır. Çox xoşagələn və qətiyyən bezdirici olmayan ətri var, saçlarda da uzun müddət qalır. Ətri o qədər xoşuma gəlir ki, hətta bacımgildə qalanda özüm də böyüklər üçün yox məhz bu uşaq şampunundan istifadə edirəm :)

Aquarelle-dən istifadədən sonra saçlar çox yumşaq və sözəbaxan olur, rahat daranır. Tərkibində çobanyastığı ekstraktı olduğuna görə isə saçlar dərindən qidalanır. Uşaqlar üçün xeyirli və gözəl ətirli şampundur. Qiyməti 2 manata yaxındır.

  1756   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Гигиена

Подгузники "Senso Baby Ecoline" абсолютно не впитывают. Деньги на ветер
Гигиена

"Johnsons baby" saç şampunu yaxşı köpüklənir və təmizləyir
Гигиена

Дракоша - Хороший мягкий шампунь для самых маленьких
Гигиена

Подгузники "Leylək" - экономия денег без потери качества
Гигиена

"Bübchen" - karite və günəbaxan ekstraktlı bədən südü - dərimdəki quruluğu aradan qaldırmaq üçün № 1 vasitəmdir
Гигиена

"Невская косметика" firmasının yumşaldıcı və qoruyucu uşaq kremi həm də böyüklər üçün lazımlı oldu
Гигиена

Əlləri yumaq üçün alma ətirli Safeguard köpüyü – uşaqlar üçün nəzərdə tutulsa da hamımız istifadə edirik
Гигиена

Uşaqlar üçün "Çistaya Liniya" sabununu özüm də istifadə edirəm, superdir
Гигиена

Gənc analara məsləhət - uşaqlarınızın çimməkdən qorxmaması üçün vanna papağı əldə edin
Гигиена

Himalaya Herbals
Гигиена

Himalaya Herbals Aquarelle шампунь

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up