Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
18 Декабря 2014

"Aktyor pəhrizi" – tez bir zamanda çəki itirmək üçün ideal pəhrizdir

Açığı, yazacağım pəhrizin niyə məhz “Aktyor pəhrizi” adlandırılması ilə bağlı heç bir məlumatım yoxdur. Bir neçə ay dundan qabaq restoranlardan birində ad gününə gedəcəkdim. Lakin həmişəki kimi yeməyimə fikir vermədiyimə görə çəkim gözəçarpacaq qədər artmışdı. Ona görə də internetdə tez bir zamanda effekt verəcək pəhriz axştarışında idim.

“Aktyor pəhriz”i 4 gün ərzində 4 kiloqramdan qurtulmağı vəd edir. Hər günün öz xüsusi yemək rasionu var.

1-ci gün: Gün ərzində 1 boşqab suda bişmiş düyü və 3 stəkan tomat soku. Nəzərə alın ki, düyü tam duzsuz və yağsız olmalıdır. Çalışın 1 boşqab düyünü bir neçə hissələrə bölüb yeyin ki, günün sonuna kimi ac qalmayasınız. Son qida qəbulu saat 7-dən gec olmamalıdır. 3 stəkan tomat sokunu da bir neçə hissəyə bölüb qəbul edə bilərsiniz.

2-ci gün: Gün ərzində 250 qram yağsız və yaxud az yağlılıq dərəcəsi olan kəsmik və 3 stəkan kefir qəbul etmək olar.

3-cü gün: Gün ərzində ancaq suda bişmiş yağsız, duzsuz toyuq əti yeyə bilərsiniz. Lavə olaraq maksimum 4-5 stəkan yaşıl çay içmək olar.

4-cü gün: Gün ərzində ancaq təbii portağal soku içmək olar (maksumum 1 litr).

Nəzərə alın ki, pəhrizin ilk 3 günündə adi su içmək olar. Amma 4-cü gün su içmək olmaz.

Mənə bu pəhriz elə də çətin gəlmədi. Sadəcə daha dadlı, tamlı yeməklər yemək istərdim, aclıq isə hiss etmirdim.

4 gün pəhrizdən sonra tərəzidə - 3,5 kq-ın getdiyini gördüm və çox sevindim. Ad gününə də planlaşdırdığı paltarımı komplekssiz geyindim. Bu pəhrizdən böyük möcüzələr gözləməyin, amma təcili arıqlamaq istəyirsinizsə məsləhətdir!

  25133   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Похудение

Disk full (/tmp/#sql_3f49_0.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device")