Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
18 Декабря 2014

Qarabaşaq kotleti – original və dadlı reseptdir

İnternetdə maraqlı resept diqqətimi çəkdi. Qarabaşağı çox xoşlayıram və adətən onu suda adi formada hazırlayıb, qarnir kimi istifadə edirəm. Amma “qarabaşaq kotleti” reseptini birinci dəfə idi ki görürdüm. Resept asan gəldiyindən onu hazırlamağa qərar verdim.

Qarabaşaq kotleti üçün lazım olan produktlar:
qarabaşaq – 1 stəkan
yumurta – 3-4 dənə
un – 3-4 xörək qaşığı
duz, istiot - zövqə görə
kərə və günəbaxan yağları – qızartmaq üçün lazım olacaq miqdarda

Qarabaşaq suda həll olunana kimi bişirilir. Diqqət edin ki, su tamamilə buxarlanıb getsin ki, qarabaşaq sulu qalmasın. Bişdikdən sonra qoyun bir kənara ki, yaxşıca soyusun.

Soyuduqdan sonra bişmiş qarabaşağı pure halına gələnə kimi əzirsiniz, üzərinə 3-4 yumurta, 3-4 xörək qaşığı un, duz, istiot əlavə edib qarışdırırsınız. Alınan kütləq sizə sulu gələ bilər. Amma qorxmayın tərkibində yumurta olduğu üçün bişdikdə istənilən formanı alacaq.

Sonra tavaya kərə və günəbaxan yağlarından töküb, yağı qızdırırsınız. Daha sonra isə qaşıq vasitəsi ilə qarabaşaq kütləsindən götürüb tavaya qoyursunuz və kanarlarını qaşıq vasitəsilə səliqəyə salıb, kotlet formasına gətirirsiniz. Kotletlərin hər iki tərəfini qızartmaq lzımdır.

Kotletlər həm vizual, həm dadları ilə ətdən hazırlanan kotletlərə bənzəyirlər. Hazırlamağa 100% dəyər. Dəyişik və yüngül yeməkdir. Nuş olsun!

  15012   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up