Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
16 Декабря 2014

Aroma collection-dan ayaq kremindən gözlədiyim effekti almadım

Aroma collection məhsullarının tərifini çox eşitmişdim. Elə özüm də alıb istifadə etmişəm, üz üçün skrabından almışam və razı da qalmışam.

Ayaqlarımda kiçik çatlar əmələ gəlmişdi və tez-tez quruluq hiss edirdim. Aroma collection-dan “Yüngül yeriş” ayaq üçün kremdən aldım. İlk baxışdan qoxusu və yumşaqlığı xoşuma gəldi.

İstehsalçının vədi isə belədir, “Gündəlik qullu üçün təravətli ətirə malik olan krem ayaqların quru dərisini nəmləndirir və yumşaldır. Qaraqınıq ekstraktı yorğunluq hissini aradan qaldırır. Vitaminlərlə zəngin olan Xurma ekstraktı ayaqların dərisini qidalandırır. Şam ağacı yağı isə zədələnmiş dərini təbii yolla bərpa edərək yumşaqlıq və hamarlıq bəxş edir.”

Ancaq bu vədlər heç də özünü doğrultmadı. Çünki ayaqlarımda daha doğrusu dabanlarımda olan qabıqlara bir az belə olsa təsiri olmadı. Düzdür çəkilən zaman dəriyə yaxşı hopur. Ancaq adi ayaq kremindən heç bir fərqi və özəlliyi yoxdur. Hətta digər ucuz vasitələr bu kremdən daha yaxşı nəmləndirir. Heç bir bərpaedici funksiyası da yoxdur. Yəni boşuna Aroma Collection brendinin adına allanıb bu kremdən almağa dəyməz.

  1593   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Ухаживающая косметика

"Johnsons baby" məhsullarının keyfiyyətindən razı qaldım
Ухаживающая косметика

Avon Care "Легкое увлажнение" geli gündəlik istifadə üçün çox əlverişlidir
Ухаживающая косметика

"Faberlic beauty cafe - карамельное пралине" duş geli həm də yağ tərkibli olduğu üçün qış aylarında istifadəyə daha uyğundur
Ухаживающая косметика

Faberlik intensiv qidalandırma makadamia yağı tərkibli kremini iysiz əl kremi xoşluyanlara xüsusilə məsləhət görərdim
Ухаживающая косметика

Avon BB kremi – dərisi yağlı və problemli olan xanımlar bu kremi qətiyyən almasın
Ухаживающая косметика

"L-Bifidus və manqo yağı tərkibli Garnier zərif toxunuş" əl kremi çox yaxşıdır
Ухаживающая косметика

"Schauma" şampunu dərin qulluğa ehtiyacı olan saçlar üçün yaxşı seçimdir
Ухаживающая косметика

"Aquafresh High Definition Морозная мята" – qiymətinə görə çox keyfiyyətli diş məcunudur
Ухаживающая косметика

"Aquafresh herba" – sərfəli qiymətə keyfiyyətli diş məcunudur
Ухаживающая косметика

"Yves Rocher Красные Ягоды" əl kremi – quruluğu aradan qaldırmaq xüsusiyyətinə malik deyil
Ухаживающая косметика

Gazelli Group
Ухаживающая косметика

Aroma collection крем для ног

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up