Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
12 Декабря 2014

"Bübchen" - karite və günəbaxan ekstraktlı bədən südü - dərimdəki quruluğu aradan qaldırmaq üçün № 1 vasitəmdir

Xanımlarda dərinin quru və qabıqlı görünməyini xoşlamadığım üçün çalışıram bu problemlər yaranmamışdan qabaq qarşısını alım. Bunun üçün mənə kömək olan № 1 vasitəm “Bübchen - karite və günəbaxan ekstraktlı” bədən südüdür.

Hər barədə bu bədən südünü çox bəyənirəm. Çox incə, zərif tərkibi var, dəriyə asanlıqla hopur və qətiyyən yağlı qat hissi yaratmır. Sanki dəriyə heç nə çəkilməyib. Dərini çox gözəl yumşaldır və quruluğu aradan qaldırır.

Bu bədən südünün tərkibində günəbaxan və karite yağlarının ekstraktı, həmçinin pantenol var. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Tərkibində rəngverən maddələr, aromatizatorlar olmadığına görə dəriyə allergik reaksiya vermir. Başqalarını deyə bilmərəm, amma mənim dərimə çox yaxşı effekt verir.

Dərinizin uşaq dərisi kimi yumşaq olmağını istəyirsinizsə mütləq “Bübchen - karite və günəbaxan ekstraktlı” bədən südündən alıb sınayın. Əminəm ki, razı qalacaqsınız.

  1102   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Гигиена

Подгузники "Senso Baby Ecoline" абсолютно не впитывают. Деньги на ветер
Гигиена

"Johnsons baby" saç şampunu yaxşı köpüklənir və təmizləyir
Гигиена

Дракоша - Хороший мягкий шампунь для самых маленьких
Гигиена

Подгузники "Leylək" - экономия денег без потери качества
Гигиена

"Himalaya Herbals Aquarelle" uşaq şampunu – o qədər xoşuma gəldi ki özüm də istifadə etdim
Гигиена

"Невская косметика" firmasının yumşaldıcı və qoruyucu uşaq kremi həm də böyüklər üçün lazımlı oldu
Гигиена

Əlləri yumaq üçün alma ətirli Safeguard köpüyü – uşaqlar üçün nəzərdə tutulsa da hamımız istifadə edirik
Гигиена

Uşaqlar üçün "Çistaya Liniya" sabununu özüm də istifadə edirəm, superdir
Гигиена

Gənc analara məsləhət - uşaqlarınızın çimməkdən qorxmaması üçün vanna papağı əldə edin
Гигиена

Bübchen
Гигиена

Bübchen молочко

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up