Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
09 Декабря 2014

Disput.az vasitəsilə sifariş verdiyim əl-üz dəsmallarını çox bəyəndim

Rəfiqəm evlərinə qonaq çağırmışdı. Ailə qurduqda sonra ilk dəfə idi ki, onlara gedəcəkdim. Əliboş getmək istəmirdim və fərqli bir hədiyyə axtarırdım. İş yoldaşım mənə disputda olan bir bölmədə əl-üz və bədən dəsmallarının üzərinə sifarişə uyğun yazılar yazıldığını və yaxşı bir hədiyyə olacağını dedi.

Şəkillərə baxdım və çox bəyəndim. İki dəsmal xüsusilə xoşuma gəldi və eynisindən sifariş etdim. Düzdür yazıma gec cavab gəldi. Daha sonra əlaqə nömrəsi ilə dəsmallar haqqında dəqiq məlumat əldə etdim. Təəssüf ki, eynilə şəkildə gördüyüm rənglərdən artıq qalmamışdı və vaxt da məhdud idi. Seçimim qara və qırmızı rənglər oldu, yazıları və yanlarındakı ürəklər də qızılı rəngdə.

Sifariş bir gün ərzində hazır oldu. Hazır olduqdan sonra zəng vurub xəbər etdilər. Sifarişlər Xəqani ticarət mərkəzinin üçüncü mərtəbəsində olan bir mağazaya təhvil verilir, elə ordan da götürdüm. Yazılar və dəsmallar çox xoşuma gəldi, düzü ilk baxışdan dəsmalın yaxşı materialı olmadığından şübhələnirdim, ancaq şübhələrimdə yanıldım.

Dəsmalın ölçüsü standart olaraq 50X90-dır. Mən sifariş verdiyimin qiyməti 8 manat idi, ümumiyyətlə sifarişin qiyməti dəsmala və üzərindəki yazılara və ya şəkillərə görə dəyişir. Onu da qeyd edim ki, hədiyyəni çox bəyəndilər. Fərqli və orijinal görünür.

Həmin bölməni sizinlə də paylaşıram.

  1858   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Сайты

gojob.az - sayt özü çox sadədir və ən əsası iş elanları hər gün yenilənir
Сайты

Roboclean.de - saytın qeyri-peşakar yaradılması bəzi şübhələrə götürür
Сайты

Analar.az – həm rəngarəng, həm də məlumatlarla zəngin sayt
Сайты

Disput.az-ın yenilənmiş versiyası normal işləmir və bir sıra "qlyuklar" var
Сайты

Təşəkkür edirəm sizə satin.az
Сайты

Saytlarımız bu kimi detallara fikir verməlidir
Сайты

5 уроков по стилю - Рекомендую супер рассылку!
Сайты

Онлайн обучение на Mentiq.az - результаты превзошли мои ожидания
Сайты

Fotoshkola.net - Для всех любителей фотографировать рекомендую эту онлайн-фотошколу
Сайты

Disput.az
Сайты

Disput.az

  Положительных отзывов: 3

  Отрицательных отзывов: 1


up