Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
08 Декабря 2014

Elnur Hüseynov "O səs Türkiyə" yarışında uğur qazananda bizimkilərin yadına düşdü ki, a bu bizim Elnurdu ki...

Bu yaxınlarda Türkiyənin məşhur “O səs Türkiyə” yarışında Azərbaycanın “Eurovision” təmsilçisi Elnur Hüseynov iştirak etdi və bütün münsiflər heyətini gözəl ifası ilə heyrətləndirdi. Bu haqda artıq demək olar ki, Azərbaycanın yarısından çoxu xəbərdardır.

Amma mən bir məsələni heç cür anlaya bilmirəm. Elnur Hüseynov hələ 2008-ci ildə “Eurovision” yarışmasında da öz səsinin qeyri-adiliyini göstərmişdi. Heç onda bizim əsl səsə qiymət verən xalqımız ondan bu qədər danışmırdı. Əksinə, hamı onun şəxsi həyatından danışır, heç səsi, xüsusi boğazları heç kimin heç yadına da düşmürdü.

Mən onu şəxsən tanımıram və şəxsi həyatının necə olduğunu da deyə bilmərəm. Hər necədirsə, bu onun həyatıdır. O qədər qadın müğənnilərimiz var ki, açıq-saçıq geyinməklərinə, heç də qadına yaraşmayan həyat tərzinə və OLMAYAN səslərinə baxmayaraq onlara millətimizin hamısı yox, amma xeyli hissəsi hörmət də edir, şad günlərinə də çağırır, çoxlu pullar da tökür. Bu faktdır. Ona görə artıq gənclərimiz də bu gün səhnəyə çıxıb mini geyinən, sabahsı gün artıq “Porche”,”Range Rover”lərdə gəzən, villalarını, bahalı geyimlərini nümayiş etdirən qadın müğənnilərimizə baxıb səsləri olmamasına baxmayaraq müğənni olmaq eşqinə düşürlər. Beləcə də səssiz müğənnilərimizin sayı artır.

Amma bu Elnur heç neçə il idi ki, heç kimin yadına da düşmürdü, səsinnən danışan yox idi. Amma fakt odur ki, o öz səsini 2008-ci ildə artıq göstərmişdi. Bir neçə gün əvvəl Türkiyənin məşhur “O səs Türkiyə” yarışında onun münsiflər heyətini heyran qoymasından sonra isə artıq hamı Elnurla fəxr edir, hər bir xəbər portalları ondan yazırlar. Hələ xəbərlərə yazılan şərhləri oxuyanda görürsən ki, bir vaxtlar Elnuru pisləyən xalqımız indi onun Azərbaycan övladı olması ilə fəxr edir.

Bu həmin Elnurdu da... Niyə ancaq başqa dövlətlər bizim xalqın nümayəndələrini tərifləyəndə bizimkilərin yadəna düşür ki, aaaa bu bizim Elnurdu ki ... Nəticə nədir??? Bizdə sənətdən, istedaddan başqa nəyə desən qiymət var ...

  834   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up