Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
09 Декабря 2014

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir

“Əlamətdar və tarixi günlər təqvimi” adlı kitabı təsadüfən dayımgildə görmüşəm. Kitab ilk baxışdan diqqətimi cəlb etdi. Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan və nəşr olunan kitab 1961-ci ildən bu günə qədər dərc olunurmuş.

Mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri və əsasən də kitabxana işçiləri üçün nəzərdə tutulan bu nəşrdə yubileyi qeyd olunacaq görkəmli şəxsiyyətlər haqqında məlumatlar və əlamətdar hadisələr öz əksini tapıb.

Bu təqvimin nəşr olunmasında əsas məqsəd geniş oxucu kütləsinə, o cümlədən mütəxəssislərə ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni, elmi həyatında baş verən mühüm əlamətdar hadisələri və digər mühüm məlumatları çatdırmaqdır. Tiqvimin hər sayı bir şəxsiyyətə və ya əlamətdar günə həsr olunur.

2015-ci il “Əlamətdar və tarixi günlər təqvimi” –nin bu sayı Azərbaycan musiqi sənətinin və milli operasının banisi, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq, və ictimai xadim Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunub. Təqvimdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair zəngin məlumatlar öz əksini tapmışdır.

Təqvimdən istifadəni asanlaşdırmaq üçün hər sayın ilk səhifəsində mündəricat verilmiş, sonda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. Təqvimdə əlamətdar günlər və şəxsiyyətlər haqqında məlumatlar müvafiq kateqoriyalar üzrə bölünmüşdür. Belə faydalı və zəngin biliklərlə dolu olan təqvimin dərc olunması olduqca təqdirəlayiq haldır.

Bununla belə nəşrlə bağlı bir mənfi cəhəti qeyd etmək istəyirəm. Kitabın vərəqləri nazikdir, kağızı keyfiyyətsizdir, təzəliyindən irəli gəlsə də olduqca kəskin qoxusu var. Cildlənməsi də yaxşı deyil, asanlıqla cırıla bilər. Nəşriyyatda bu cəhət də nəzərə alınsa yaxşı olardı. Təqvimin satışı yoxdur. Təqvimin 2015-ci il üçün elektron versiyası hələ ki, internetdə yoxdur, ancaq əvvəlki illər pdf formatında var.

  2545   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Календарь знаменательных и исторических дат

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up