Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
02 Декабря 2014

Azərbaycanda dubljay sahəsinin inkişafa ehtiyacı var

Orijinal türk dilində olan filmlərin dublyajı heç də hər zaman uğurlu alınmır. Bu məsələ rus dili üçün də keçərlidir. Əksəriyyət rus və türk dillərini sərbəst şəkildə başa düşür. Düzdür dövlət və danışıq dilimiz Azərbaycan dili olduğundan radio və televiziya kanallarında bütün veriliş, film və proqramların təbii olaraq məhz Azərbaycan dilində olması zəruridir. Ancaq bu o demək deyil ki, ortaya necə gəldi bir iş qoyulsun.

Sırf Azərbaycan dilində səslənsin deyə filmlərin başdansovdu dublyajı heç kimə lazım deyil. Orijinal dili ingilis dili olan və rus dilinə tərcümə oluna filmlərdə bəzən səs qarmaqarışıqlığı adamı yorur, filmin marağını öldürür.

Ötən gün ANS telekanalında türk dilində daha öncə izlədiyim «Romantik komedi» («Romantik komediya») filminə baxmağa səbrim çatmadı. Filmə sırf dublyajın necə olduğunu analiz etmək üçün baxırdım. Dublyajdakı səslər olduqca yalnış seçilib, adam fikirləşir ki, «o qızdan belə səs çıxar heç?», yəni bir sözlə bərbad idi.

Tərcümədə kasadlıq hiss olunurdu, xüsusilə də dublyajda iştirak edən xanımların səsi adamın əsəblərinə toxunurdu. Filmə türk dilində baxmayan adamın fikri elə dublyajda qalar, filmin əsas məğzi itər. Əvvəllər adi məişət dilində olan sözlər daha çox ədəbiləşdirilərək ekrana verilirdi, bu da gülünc vəziyyətin yaranmasına səbəb olurdu. Tərcümə edərkən sözlərə ilişib qalmaq, onların hərfi mənasını vermək yox, konteks daxilində, konteksdən kənarda sözün nə məna daşıdığına önəm vermək lazımdır.

Əsas odur ki, Azərbaycan reallığı ilə ayaqlaşa bilsin. Ona baxan tamaşaçı dublyajın mənfi yanlarına ilişib qalmasın, tam anlamıyla filmi izləyə bilsin. Ancaq təəssüf ki, hələ də bu sahə inkişafdan geri qalıb.

  844   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up