Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
01 Декабря 2014

Bəzi sürücülərimizdə olmayan sürücü mədəniyyəti yağışlı havalarda lap özünü birüzə verir

Artıq neçə gündür ki, Bakıda yağışlar yağırdı. Yollarımız isə dəfələrlə remonta bağlanıb açılsa da yenə də kələ-kötür, çatlı və çuxurludur. Xüsusilə yağışlı günlərdə bəzi, hətta şəhər içi yollarımızın necə zay günündə olduğunun daha çox şahidi oluruq.

Yolların problemi bir kənara, bu yağışda üstəlik bəzi sürücülərin mədəniyyət çatışmazlığı isə adamı lap dəhşətə gətirir. Sürücülərin çoxu xüsusilə dayancaq kənarlarında çoxlu sayda insanların avtobus gözlədiyini nəzərə alıb, məhz o yerlərdən keçəndə sürəti azaldır və yaxud bir az kənardan sürür. Amma bəzi mədəniyyətsiz, “heyvan” sürücülər isə elə bil acıq verər kimi qəstən sürətlə, həm də dayanacağa ən yaxın hissədən keçərək bütün kənardakı yağış gölməçələrini insanların üzərinə sıçradırlar.

İfadəmə görə çox-çox üzr istəyirəm. Amma həqiqətən bu hərəkəti heyvan edər və düşünərsənki heyvandıda başa düşmür, şüuru yoxdur. Normal insan isə bunu edəndə onu ancaq heyvan adlandırmaq olar.

Bu cür hal uzaq keçmişdə yox, elə ayın 28-də mənim və mənimlə birlikdə dayanan digər avtobus gözləyən insanların başına gəlib. Nəticə etibarilə bütün kurtkam, ayaqqabım, şalvarım su, palçıq olsa da mən öz ürəyimdə deyinsəm də, digər insanlar bu cür sürücünün arxasınca ancaq “eşşək”, “mədəniyyətsiz”, “heyvan” kəlmələrini dedilər və haqlı olaraq da dedilər.

Sözsüz ki, bu sözlər bütün sürücülərə aid edilmir. Amma məhz o cür “mədəniyyətli” sürücülərə demək istəyirəm ki, bir az düşüncəli olun, sürəti azaldaraq 5 saniyə bir məsafəni gec getməklə sizə heç nə olmur. Özünüzə hörmət edin.

  868   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up