Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
26 Ноября 2014

Ümumdünya uşaq gününə həsr olunmuş videoçarxa təsirsiz qalmaq mümkün deyil

Söhbət uşaqlardan gedəndə insan heç cür bitərəf qala bilmir. Gələcəkdə necə adam olsalar da uşaqlar uşaq olduqları dövrdə dünyanın ən məsum, ən saf varlıqlarıdır. Onları sevmək, qayğı göstərmək, nazlarını çəkmək hər bir valideynin borcudur, eləcə də hamının.

Bu videoçarxı izləyəndə göz yaşlarıma hakim ola bilmədim. Allah hər bir uşağa bu həyatda sağlam yaşamağı nəsib etsin, xəstəliklərdən uzaq olsunlar. Müalicəsi olan və ya mövsümlə əlaqəli xətəliklərdən bir tərəfə anadangəlmə xəstəliyi olanlar digərləri kimi xoşbəxt uşaqlıq keçirə bilmirlər.

Ölkəmizdə anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən videoçarx hazırlanıb. Videoçarxda ürək çatışmazlığından əziyyət çək uşağın gündəlik çətinlikləri, məhrumiyyətləri bütün çılpaqlığı ilə əks olunub.

Uşaq yoldaşları kimi deyib gülə, əylənə, qaça bilmir, futbol oynayanlara qibtə ilə baxır. Bu videoçarxın hazırlanması həmin uşaqlara kömək etməyə imkanı çatan, müvafiq qurumları ayağa qaldırmaq üçün əla bir işdir. Uşaqlar heç vaxt diqqətdən kənarda qalmalı deyillər. Onların hər zaman yaxşı yaşamağa, qayğıya, səmimi, xoş münasibətə ehtiyacları var. Kaş ki, uşaqlar həmişə ən gözəl günləri yaşasınlar!

  1009   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Видеоролики

  Положительных отзывов: 27

  Отрицательных отзывов: 2

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up