Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
25 Ноября 2014

Bu losyon problemli dərilərə mütləq kömək edəcək

Rəfiqəmin internetdə oxuduğu bir losyonu özü hazırlayıb istifadə etdiyini və xeyrini gördüyünü dedi. Dərim problemli olduğundan mənə də bu losyondan istifadə edib sınamağa məsləhət gördü. Onun məsləhətinə qulaq asaraq losyonu hazırlayıb, müntəzəm qaydada istifadə etdim.

Hazırlanması da çox sadədir, bir ədəd kalendul nastoykanın içərisinə 3-4 tablet levometsin, 3-4 ədəd də aspirini qarışdırmaq lazımdır. Levometsin və aspirini un şəklində əzmək daha sonra kalendul nastoyka ilə qatıb yaxşıca çalxalamaq lazımdır. Hər istifadədən əvvəl də qarışdırılmalıdır.

Müntəzəm olaraq bir ay boyunca istifadə etdim, axşamlar pambıqla yüngül şəkildə üzümü silirdim. Bir az acılığı var, qoxusu narahatedici deyil.

Bu losyon bakteriyaları öldürür, üzdə sızanaqların yaranmasının qarşısını alır, sızanaqları soldurur və solğunlaşdırır. Get-gedə üzün təmizləndiyi hiss olunur. Heç bir əlavə təsirini görmədim, istifadəsi məsləhətlidir.

  5659   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up