Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
18 Ноября 2014

“Garnier Ultra Doux жизненная сила Прованса” – tərkibindəki Qrass qızılgülü və lavanda efir yağlarından əsər-əlamət görmədim

Bir neçə ay bundan öncə tərkibində Qrass qızılgülü və lavanda efir yağları olan “Garnier Ultra Doux жизненная сила Прованса” şampunundan aldım. Saçlarım parıltısız və quru olduğundan və bu şampunun da məhz parlaqlığını itirmiş normal saçlar üçün nəzərdə tutulduğundan bu şampunu seçdim.

Ümumiyyətcə mən saçlarımı eyni bir şampuna öyrəşdirməmək üçün hər dəfə fərqli şampunlar almağa üstünlük verirəm. Şampunun tərkibində guya ki Qrass qızılgülü efir yağı olduğu yazılıb. Qrass Fransanın Aralıq dənizi sahillərində yerləşən kiçik şəhərdir. “Sevgi vadisi” adlandırılan Qrass şəhəri indi parfumeriya dəbinin əsas şəhəri sayılır. Burada hər birinin maraqlı tarixi olan 20-yə yaxın ətriyyat fabriki yerləşir. Elə şampunu alarkən onu fikirləşdim ki, şampun ən azından ətrinə və saçları yumşaltma effektinə görə xoş təəssürat yaradacaq. Amma heç də elə olmadı.

Şampunun çox kəskin odekolon iyinə oxşar iyi var. Yəni 100% Qrass qızılgülü və lavanda ətri deyil. Saçlarda da uzun müddət hiss olunur. Hətta deyərdim ki, parfüm iyini də keçir. Saçları təmiz yuma xüsusiyyətinə söz ola bilməz. Çox yaxşı köpüklənir və saçları təmiz yuyur.

Ən xoşlamadığım digər cəhəti isə saçların uclarını çox qurutmasıdır. Onsuz da saçlarım quru və parıltısızdır. Bu şampundan istifadədən sonra isə daha da quru olub və çətin daranır. Bir sözlə, tərkibi ilə, verdiyi vədlər ilə nəticə bir-birinə heç uyğun gəlmədi (ən azından quru saçlar üçün).

  1241   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Средства гигиены

Ağ-qara ləkələrə qarşı "Garnier mineral невидимый" dezodorant-antiperspirantı tünd rəngli paltarlara ləkə salır
Средства гигиены

Saç tökülməsinə qarşı "Bioxen femina" - alanda çox da ümidim olmasa da, effektini gördüm
Средства гигиены

Alfaparf Milano-nun UOMO şampunun istifadəsindən sonra saçımda xeyli yaxşılaşma hiss etdim
Средства гигиены

"Nicos" firması yenə də öz keyfiyyəti ilə sevindirdi – bu dəfə sabunları ilə
Средства гигиены

Palmolive Spa "Шоколадная вуаль" - шикарный аромат...
Средства гигиены

Благодаря этому шампуню волосы шелковые и мягкие, как в сказке
Средства гигиены

"İlona" sabunlarının nə ətrini nə də keyfiyyətini qətiyyən bəyənmədim
Средства гигиены

Yağlı və problemli dərilər üçün Faberlic Antibakterial Ultra Clean Green geli xüsusilə yay vaxtı köməyimə çatır
Средства гигиены

Nivea pure&natural təmizləyici süd - məsləhət olunmalı qulluq vasitəsi deyil
Средства гигиены

Duş üçün "Avon senses - аромат тайны" krem-gelindən davamlı olaraq alacağıma əminəm, super
Средства гигиены

Garnier
Средства гигиены

Garnier Ultra Doux

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up