Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
18 Ноября 2014

Balıq yeməyən uşaqlar üçün dadlı və aldadıcı resept

Balıq ən xeyirli məhsullardan biridir. Bunu hamı bilir. Yay fəslindən başqa ilin bütün aylarında həftədə ən azı 1-2 dəfə yemək rasionuna balıq yeməklərini daxil etmək lazımdır. Balıq əti böyüklərlə yanaşı uşaqlara da çox xeyirlidir. Lakin uşaqların çoxu balıq yeməyi xoşlamırlar. Nə qədər gözəl, dadlı balıq yeməkləri bişirsən də uşaqlar bu yeməkdən imtina edirlər.

Marketlərdən aldığımız müxtəlif sosisləri həvəslə yeyən uşaqlar, balıq görəndə dodaqlarını büzürlər və nə edirsən et, yemirlər ki yemirlər. Şəxsən mən özüm həm öz ailəmdə, həm də tanış ailələrdə bu cür mənzərə ilə çox rastlaşmışam. Bu cür hallarda da adam əsəbləşir ki, bu xeyirsiz sosislər yeyilir, amma xeyri olan balıq yeməklərindən imtina edilir.

Bunun üçün sizə maraqlı bir metod yazmaq istəyirəm. Televiziya kanallarının birində uşaqları aldatmaq üçün bir maraqlı “trük” gördüm və çox bəyəndim. Balaca uşaqları olan analara bu üsuldan istifadə etməyi məsləhət görürəm.

İstənilən balığın ətini götürüb, tıxı varsa səliqəli təmizləyirik, blenderdən keçiririk. Daha sonra bir balaca hissəsini götürüb polietilen kağızın üzərinə qoyub, sosis formasına gətiririk, kağızı burub, hər iki tərəfdən uclarını düyünləyirik. Sonra, qaynar suya atıb 10-15 dəqiqə bişiririk. Bişdikdən sonra sudan çıxarıb, kulyoku kəsib, içindən balıq ətindən hazırlanmış sosisləri çxarırırıq. Tamamilə sosis formasında və çox dadlı alınır.

Müxtəlif qarnirlərlə birlikdə uşaqlarınıza yeməyə verə bilərsiniz. Uşaq da həvəslə mağazadan alınmış sosis bilib iştahla yeyəcək :)

  3492   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Закуски

  Положительных отзывов: 12

  Отрицательных отзывов: 0


up