Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
13 Ноября 2014

"İlahə" gözəllik salonunda işləyən Şəbnəm xanımın işindən razı qaldım

Lazer epilyasiyası bir vaxtlar od qiymətinə olsa da indi qiymətlər normaldır. Ancaq həmişə düzgün ünvanı tapmaq olmur. Bir neçə salonlarda olmuşam, hər dəfə getdikdən sonra üz dərimdə səpgilər əmələ gəlir, bunun xanımların işləmə üsulları ilə və ya aparatla heç bir əlaqəsinin olmadığını düşünürdüm. Dərimin problemli olması da belə düşünməyimə əsas verirdi.

Hər dəfə dərimin səpdiyini görmək əsəblərimi də korlamışdı. Neçə vaxtdır ki, getdiyim salondan narazı qaldım və yenisini axtararkən facebook vasitəsilə tapdığım “İlahə” gözəllik salonunda endirimli qiymətlərlə lazer epilyasiyası barəsində oxudum.

Şəbnəm xanımla əlaqə saxlayıb üz tutdum bu salona. Salon Nərimanov metrostansiyasiyasının yaınlığında, park tərəfə çıxışdan üzü İdeal mağazasına tərəf olan istiqamətdə yerləşir. Salonda lazer epilyasiyası üçün ayrılan otaq çox kiçikdir, bu cəhətini bəyənmədim. Ancaq məni maraqlandıran xanımın işi idi.

Şəbnəm xanım olduqca səmimi və mehriban qadındır. Elə bil ki, neçə vaxtdır onun yanına gedirəmmiş kimi səmimi və xoş ünsiyyətimiz yarandı. İşini səliqəli gördü, lazer şüasından qoruyan eynəkdən də istifadə edir. Bir cəhəti qeyd edim ki, əvvəl getdiyim salonlarda aparatın uc hissəsini həmişə dəriyə vururdular, ancaq Şəbnəm xanım aparatı dəriyə vurmur.

Prosedurdan sonra üzümə həm Pantenol köpüyündən vurdu həm də qoruyucu krem verdi. Dərimdə heç bir səpgi filan olmadı, Şəbnəm xanımın həm özündən həm də işindən razı qaldım.

  1340   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Специалисты

"Sultan Lazer studio"da həm lazer mütəxəssisi Səidə xanımın işindən, həm də yeni aleksandrit lazer aparatından razı qaldım
Специалисты

"Sultan Lazer studio"da Səidə xanımın işindən çox razı qaldım
Специалисты

Отличный парикмахер Эмин! Рекомендую
Специалисты

Отличная стрижка по смешной цене - Рекомендую мастера Сабину ханым
Специалисты

Наиля ханум из Trend studio - отличный мастер по лазерной эпиляции. Рекомендую!
Специалисты

Шебнем ханым (лазерная эпиляция)

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up