Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
12 Ноября 2014

Bu asan Pizza resepti ilə pizza həqiqətən çox dadlı alınır, siz də sınayın

Rəfiqəm bu yaxınlarda mənə çox asan Pizza resepti verdi. Mən də dünən bu reseptlə çox dadlı pizza hazırladım.

Resept belədir: Əvvəlcə bir qaba 1 xörək qaşığı droj, 1 stəkan tam da ağzına qədər doldurulmamış ilıq su, 2 xörək qaşığı un və bir damcı duz əlavə edib, yaxşıca həll edib, qoyuruq bir kənara (isti bir yerə) və üzərini də bağlayırıq və 5-6 dəqiqə saxlayırıq.

Sonra ayrıca bir qabda 1 stəkan yarım un, 1 yumurta, 1 çimdik duz və bayaq hazırladığımız droju əlavə edib yoğururuq. Xəmir ələ yapışsa az-az un əlavə edib tam yoğrulana kimi yoğurmaq lazımdır. Sonra isə hazırladığımız xəmiri 30 dəqiqəlik qırağa qoyub, üzərini birinci setka, sorna isə isti parçalarla yaxşıça örtürük ki xəmir gəlsin.

Gəldikdən sonra əvvəlcədən 180 dərəcədə qızdırılmış sobanın listini azca yağlayırıq və gəlmiş xəmiri yaxşıca yayırıq. Üzərinə birinci ketçup, onun da üzərinə bolluca maynez vururuq. Sonra isə evdə pizza-ya uyğun nə məhsullarınız varsa əlavə edirsiniz. Mən adətən doğranmış bibər, pomidor, toyuq və yaxud sosiska, qara zeytun və göbələk əlavə edirəm. Məhsulları əlavə etdikdən sonra üstünə zövqə görə duz, istiot səpirsiniz.

Bütün məhsulları əlavə etdikdən sonra sobanın alt gözünə (180 dərəcə temperaturda) qoyursunuz. Pizza ümumi olaraq 20-25 dəqiqəyə hazır olacaq. Sadəcə olaraq 15-ci dəqiqədə pizzanı alt gözdən çıxarıb üst gözə qoyun ki, xəmiri çox qurumasın.

20-25 dəqiqə bişdikdən sonra pizzanı çıxarıb, peçi söndürün, üzərinə 1 nazik qat maynez vurun və sürtgəcədn bolluca holland pendirini keçirin və yenidən artıq söndürdüyünüz sobaya 2 dəqiqəlik qoyun ki holland pendiri yaxşıca ərisin.

Beləliklə, pizza-nız hazırdır. Həqiqətən çox dadlı alınır. Xəmiri də normal naziklikdə olur. Sadəcə diqqətlə fikir verin ki, sobada pizza-nı çox qurutmayın. Bişdikcə bıçaq və yaxud çəngəl ilə xəmirə batıraraq yoxlaya bilərsiniz. Amma onu da nəzərə alın ki, xəmir isti olarkən çox yumşaq olur və sizə elə gələ bilər ki, bişməyib. Amma əslində bişməyib. Ona görə dəqiqliklə deyə bilərəm ki, 2-25 dəqiqə pizzanın bişməyi üçün tamamilə kifayətdir. Nuş olsun!

  112855   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Закуски

  Положительных отзывов: 12

  Отрицательных отзывов: 0


up