Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
11 Ноября 2014

Arıqlamaq istəyənlər ananas qabıqlarından istifadə edə billərlər

Ananası çox xoşlayıram. Həm dadlı, həm də çox xeyirli tropik meyvədir. Çox vaxt bütöv ananas alıram. Yaxın zamanlara kimi ananası soyub, qabıqlarını isə atırdım. Lakin türk kanallarının birində ananasın qabıqlarının çox xeyirli olması haqqında eşitdim. Ümumiyyətlə, meyvələrin qabıqlarının xeyirləri barəsində çox eşidirik və bilirik. Lakin onları necə istifadə etmək lazımdır, onu bilmirik.

Ananasın qabıqlarına 6 stəkan su və az miqdarda darçın əlavə edib 15 dəqiqə qaynatmaq lazımdır. Qaynadıqdan sonra isə 15 dəqiqə bağlı qapaq altında saxlamaq lazımdır. Yemək arası 1 stəkan və yatmamışdan qabaq da 1 stəkan içmək olar.

Bu məhlul ürək-damar sisteminə müsbət təsir edir, bədəni toksinlərdən təmizləyir. Vitamin C ilə zəngin olduğuna görə isə immuniteti gücləndirir. Bundan başqa bu hazırlanmış məhlulun arıqlamaq istəyənlərə də xeyri dəyə bilər Gündəlik yemək rasionunu azaltdıqda və bu məhluldan istifadə etdikdə effektiv nəticələrə nail ola bilərsiniz.

Ananaslı məhslulun saçlara da çox xeyri var. Belə ki, bu məhlulu 3 l suya əlavə edib, saçları təmiz yuduqdan sonra onunla yaxaladıqda saçalr daha parlaq olur.

Selüliti olanlar isə ananasın üzərində olan yarpaqlardan istifadə edə bilərlər. Belə ki, onları selulit olan bölgələrə sürtüb, saxlayanda problemi az da olsa aradan qaldıra bilərsiniz.

Mən ananas xoşladığıma görə artıq bu reseptləri biləndən bəri onlardan istfadə edirəm. Ən çox effekt gördüyüm isə arıqlamaqla bağlı olan reseptdir. Düzdür, gündəlik yemək rasionumuda azaltmışam. Amma bu məhlulun sayəsində həm bədənim daha çox vitamin alır, həm də pəhrizlər zamanı toksinlərdən təmizlənir. Saçlarıma da qulluq göstərdiyim üçün saxçlarımı ananaslı məhslulla vaxtaçırı yaxalayıram. Bu tropik meyvəni sevənlər yəqin ki bundan sonra onun qabıqlarını atmayacaqlar.

  1341   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Народные рецепты

Ağ tut qurusunun xeyrindən faydalanaq. Üsullar
Народные рецепты

Ballı suyu hər gün içməklə orqanizmimi xeyli təmizlədim
Народные рецепты

Palıd qabığı sayəsində dərmanlardan daha az istifadə edirəm
Народные рецепты

İydəni bu xüsusiyyətinə görə daha tez-tez istifadə edirəm
Народные рецепты

Cəfəri kokteyli əsl möcüzədir – həm sağlamlığınız, həm də gözəlliyiniz üçün...
Народные рецепты

Təbii qaysı yağının ev şəraitində hazırlanma resepti
Народные рецепты

Adaçayının xeyri bildiyimizdən daha çox imiş
Народные рецепты

Bel ağrısını azaltma üçün istifadə etdiyim sadə üsul
Народные рецепты

Sümük və oynaqlara xeyri olan sadə və dadlı resepti sizinlə paylaşmaq istərdim
Народные рецепты

Qış mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün sadə resept
Народные рецепты

Народные рецепты

  Положительных отзывов: 26

  Отрицательных отзывов: 0

Рекомендованные Народные рецепты


Xalq təbabətinin reseptləri
Народные рецепты


up