Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
05 Ноября 2014

Nə yaxşı ki, müsəlmanıq, nə yaxşı ki çoxumuz dinimizi sevirik və ona hörmət edirik...

Dünən Aşura günü idi. Müsəlman kimi hamımız, daha doğrusu çoxumuz dünən imamımız Hz. Hüseyni və digər Kərbəla şəhidlərini yad etdik. Bir çox evlərdə halva çalındı, hədiy (hədik) bişirildi, ehsan verildi. Dünən şəhərdə də fərqli ab-hava var idi. Küçələr daha sakit və fərqli idi.

Səhər dərsə gedərkən avtobusa sürücü Aşura günü ilə, Kərbəla şəhidləri, Həzrət Əli və onun nəvələri ilə bağlı mahnılar, şerlərə qulaq asırdı. Açığı bir gənc kimi Aşura günündə bu mahnıları eşitmək mənə yaxşı təsir etdi. Bir müsəlman kimi bir anlıq mən də o faciəni gözümün qabağında canlandırdım, həqiqətən dinimi necə çox sevdiyimi bir daha dərk etdim.

Amma təəssüf ki, avtobusada qulaqlarında “nauşnik” olan gənclər də var idi. Çox maraqlı gəldi. Görəsən onların qulaq asdıqları Demet Akalının, Tarkanın, Şakiranın və s. müğənnilərinin mahnılarının sözləri daha maraqlı və mənalı idi??? Axı heç olmasa bir gün, yarım saat bir müsəlman kimi bu musiqilərə qulaq asmaqda nə çətinlik var axı? Bunu axı valideyn, müəlli öyrətməməlidir. Müsəlman kimi bu Aşura günündə biz gənclər axı fərqli nə edirik ki, hazır sürücünün də qoyduğu bu dini müsiqilərə qulaq asmırıq???

Amma bu günü dərk edən insanlar da var. Sosial şəbəkələrin birində Əhmədlidə yerləşən marketlərdə, hərgün bir market olmaqla bir xeyriyyə aksiyasını keçirdiyini oxudum. İstənilən bir insan pulsuz İmam ehsanı kimi çörək əldə edə bilər. İstər 1 dənə, istərsə də 5 dənə, Halal olsun... Demək müsəlman kimi bu günlərin özəlliyini anlayırıq.

Bundan başqa 15 məsciddə QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaları təşkil olundu. Çoxlu sayda insan könüllü olaraq bu aksiyaya qoşuldu. Yenə də halal olsun. Şəxsən mən bəzi problemlərə görə bu aksiyada iştirak edə bilmədim. Amma çox istərdim. Allah bütün Kərbəla şəhidlərimizə rəhmət eləsin – Amin...

  988   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up