Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
30 Октября 2014

Bu kimi vulqar sözləri şagirdlər bilməsə də olar

Burada yazılan bir rəyi, daha doğrusu testdə yazılan biabırçılığı oxuduqdan sonra mən də qarşılaşdığım daha bir mənfi halı yazmaq istəyirəm. Xarici bir dili öyrənəndə ilk olaraq o dildə olan vulqar sözləri, söyüşləri öyrənmək tövsiyyə olunur. Ancaq doğma dilimiz üçün bu daha fərqlidir.

Dilimizdə olan vulqar sözlərin uşaqlara öyrədilməsinin əleyhinəyəm. Heç istəməzdim araya mentalitet sözünü salım, ancaq bu kimi şeylər bizə yaddır. Yəni başa düşürəm şagirdlərin gözüaçıq, diribaş, hər şeydən xəbərdar olmasını istəyirik. Ancaq bura xaric deyil, bizim şagirdlər də məsələn Avropadakı kimi hər şeyi normal qarşılaya bilməzlər.

“Dəli kür” romanını böyük həvəslə, sevə-sevə oxumuşam, çox güclü yazılmış bir romandır. Romanda belə bir parçanın olması da normaldır. İbtidai sinifdə oxuyan bir şagird üçün yazılmış roman deyil. Ona görə də romandan olan vulqar sözlərlə dolu olan bu parçanın kitabda tapşırıq kimi verilməsi düzgün deyil.

Mən fikirləşəndəki mənim qızım və ya oğlum öz sinif yoldaşlarının yanında bu vulqar sözləri izah etməlidir, istər istəməz əsəb keçirirəm. Axı bu ədəb qaydalarından kənar sözlərdir, şagirdlər bu sözləri bilməyə məcbur deyillər. Onsuzda vaxtı gələndə, böyüdükcə hər şeyi yavaş-yavaş, tədricən öyrənəcəklər.

  1252   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up