Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
29 Октября 2014

Azərbaycan "reallığının" testlə təbliği vacib idimi?! Biabırçılıq!

Korrupsiya hallarının aradan qaldırılması barədə verilən ciddi qərarlara baxmayaraq demək olar ki, hər bir sahədə «pul» dəbdən düşmür ki, düşmür. Təhsil sahəsində isə vəziyyət daha ciddidir. Nə qədər həqiqətlər göz önündən uzaqlaşdırılsa da əsl həqiqətlər reallıqda baş verməkdə davam edir.

Günümüzün əsl reallığı isə rüşvətdir. Bizim bəlamız ordadır ki, rüşvəti yığışdırmaq, aradan qaldırmaq istədiyimiz halda onu daha da təbliğ edirik. Necə? Çox sadə şəkildə, insan bu həyatda öyrəndiklərinin əsas hissəsini məktəbdə, tədrisdə öyrənir.

İbtidai sinifdən başlayaraq rüşvətlə dolanan, uşaqları gözümçıxdıya salan, pul davası edən müəllimləri görən uşaqlardan böyüyəndə rüşvət almamaq tənbehi etməyin nə mənası var axı ?! Keçək əsas mətləbə.

Şəkildə gördüyünüz Mərdəkanda gimnaziya tipli bir məktəbin həftəsonu keçirdiyi sınaq imtahanının test suallarından biridir. Baxanda hər birimizin ağlına bu söz gəlir, biabırçılıq 

Bəli bu biabırçılıqdır, bilirsiniz dəhşətli olan nədir? Bu sualın düzgün cavabı kimi bütün şagirdlər A variantını seçiblər.

Günah onlarda deyil, bilik günü, müəllim günü, qadınlar bayramı, yeni il bayramı və s. münasibətlə pul qoparan müəllimlərin əhatəsində olan şagirdlərdən başqa hansı cavabı gözləmək olar ki?! Belə bir testi tərtib edənin məqsədi nə imiş görəsən? Şagirdlərə günümüzün reallıqlarını daha da dərindən öyrətməkmi ? Onu da qeyd edim ki, test ikinci sinif şagirdləri üçün nəzərdə tutulub.

  1078   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up